Qafqaz Universiteti - Bakı Asiya Universiteti 6:0

1/4 finalçıların 7-si bəllidir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında I Respublika çempionatının 1/8 final mərhələsi çərçivəsində 7 oyun keçirilib. Qarşılaşmaların nəticələrini diqqətinizə çatdırırıq:

Azərbaycan Pedaqoji Universiteti - Gəncə Texnologiya Universiteti 2:0
Bakı Dövlət Universiteti - Lənkəran Dövlət Universiteti 2:2 (əlavə vaxtda 2:6)
Naxçıvan Dövlət Universiteti - Xəzər Universiteti 6:1
Gəncə Dövlət Universiteti - Memarlıq və İnşaat Universiteti 1:1 (pen. 3:4)
Azərbaycan Kooperasiya Universiteti - Azərbaycan Dillər Universiteti 1:0
Odlar Yurdu Universiteti - Bakı Slavyan Universiteti 1:1 (pen. 4:5)
Qafqaz Universiteti - Bakı Asiya Universiteti 6:0
1/8 final mərhələsi çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Sumqayıt Dövlət Universiteti komandaları arasında oyun bu gün saat 17:00-da ADBTİA-nın stadionunda keçiriləcək. 1/4 final mərhələsinin oyunları mayın 17-də və 18-də, yarımfinal matçları mayın 24-də və 25-də olacaq. 3-cü yer uğrunda oyun mayın 29-da “Şəfa”, final isə mayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
http://www.affa.az/index.php?id=1901&r=1&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür