Olimpiada ərəfəsində “Çağ”da görüş


VI Beynəlxalq Türk Dili Olimpiadasına vəsiqə qazanmış 18 nəfər şagird bu bilik yarışında iştirak etmək məqsədi ilə may ayının 21-də Türkiyəyə yola düşəcək.
Dünən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal olimpiada ərəfəsində həmin şagirdləri və onların müəllimləri ilə görüşüb.Adəm Önal onlara keçiriləcək tədbirin proqramı barədə ətraflı məlumat verib. O, həmçinin həmin bilik yarışında şagirdlərin hansı məsələlərə daha çox önəm vermək lazım olduğunu da açıqlayıb. Bu söhbətlər çərçivəsində indiyədək keçirilmiş türk dili olimpiadalarından da fraqmentlər nümayiş etdirilib. Adəm Önal uşaqlara türk dilinin incəliklərinin öyrənilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin Ankara və İstanbul şəhərlərində 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək 6-cı Beynəlxalq Türkcə Olimpiadasında iştirak edəcək qaliblərimiz şeir, mahnı, səhnə mədəniyyəti və s. nominasiyaları üzrə yarışacaqlar.
Çağ” İTV-nin qonağı olub
İctimai Televiziya və Radio Yayım Şurasının baş direktoru İsmayıl Ömərov “Çağ” Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərəni, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önalı qəbul edib. İTV-nin fəaliyyətindən, eləcə də yaxın gələcəkdə həyata keçiriləcək layihələrdən geniş söhbət açan İsmayıl Ömərov “Çağ”ın bu ilin aprel ayında Bakıda təşkil etdiyi Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının (INEPO-EUROASIA) əhəmiyyətinə də xüsusi diqqət çəkib. Ənvər Özərən olimpiadanın mükafatlandırılma mərasimini İTV ilə canlı yayımlanmasını təbliğat baxımından atılan yüksək bir addım kimi qiymətləndirib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF