TƏDRİS İLİNİN YEKUNUNA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏZUN GÜNÜ

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) Qafqaz Universiteti, Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” ali təhsilə hazırlıq kurslarında 2007-2008-cı tədris ilinin yekununa həsr olunmuş təntənəli məzun günü keçirilmişdir. Tanınmış alimlərin, təhsil işçilərinin, Milli Məclis deputatlarının, Türkiyə və digər ölkələrdən olan qonaqların iştirak etdikləri tədbirdə öncə Azərbaycanın Dövlət himni, Türkiyənin İstiqlal marşı səslənmiş, “Çağ” Öyrətim İşlətmələri Şirkəti təhsil müəssisələrinin nailiyyətlərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini, dahi rəhbərimizin nurlu ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Qafqaz Universitetinin ölkənin ali məktəbləri arasında özünəlayiq yer tutduğunu, bu təhsil müəssisəsində tədrisin yeni tələblər səviyyəsində aparıldığını qeyd edən nazir müəllimləri və məzunları təbrik etmişdir. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bildirmişdir ki, rəhbərlik etdiyi ali məktəbi bu il 380 gənc bitirir. Dərs ili müddətində ÇÖİŞ liseylərinin şagirdləri Türkiyə, ABŞ və digər bir sıra ölkələrdə keçirilmiş beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr əldə edərək medallara layiq görülmüşlər. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmen və digər natiqlər də məzunlara xoş arzularını bildirmişlər. Bilik və idman yarışlarında fərqlənmiş lisey məzunlarına, Qafqaz Universitetini yüksək nəticə ilə bitirmiş gənclərə mükafatlar təqdim olunmuşdur. Sonra tələbələr və incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
http://azadinform.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır