Qafqaz Universitetində növbəti seminar
Aprelin 23-də Qafqaz Universitetinin 2007-2008-ci tədris ilində təşkil etdiyi aylıq seminarlar silsiləsinin növbəti məşğələsi keçirilmişdir. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş seminarın məruzəçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov idi.
Seminar işinə başlamazdan öncə iştirakçılar məruzəçinin bioqrafiyası ilə tanış edildilər. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qısa açılış nitqi söylədi. çıxışında böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən söz açan Ahmet bəy 90-cı illərdə onun yerinə yetirdiyi xilaskarlıq missiyasını M.K.Atatürkün, 20-ci illərdəki xilaskarlıq missiyası ilə müqayisə etdi, hər iki lideri türk dünyasının böyük şəxsiyyəti kimi səciyyələndirdi. Rektor Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə geniş miqyasda və təntənə ilə qeyd olunmasını ulu öndərə ümumxalq məhəbbəti kimi dəyərləndirdi. A.Saniç BDU-nun rektoru, millət vəkili, akademik A.Məhərrəmovu universitetlərində görmələrindən məmnun olduğunu vurğulayaraq son illər BDU ilə Qafqaz Universiteti arasında işgüzar əlaqələr yarandığını diqqətə çatdırdı.
Sonra hər iki rektor əlaqələri daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün BDU ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzaladılar.
Seminarda professor A.Məhərrəmov "Xalqımızın ümummilli lideri Heydər Əliyev - Azərbaycan elminin və təhsilinin böyük qayğıkeşi" mövzusunda geniş məruzə etdi. Məruzədə Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 30 ildən artıq müddət ərzində ölkəmizin inkişafı naminə gördüyü işlər, təhsil sahəsində atılan addımlar geniş təhlil olundu. Məhz Heydər Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanın SSRİ məkanında aqrar ölkədən sənaye ölkəsinə çevrildiyi vurğulandı. Böyük öndərin milli kadrların hazırlanması, intellektual bazanın, insan kapitalının yaradılması istiqamətində gördüyü misilsiz işlər, təhsilə, təhsil işçilərinə göstərdiyi gündəlik diqqət və qayğı yüksək qiymətləndirildi.
Məruzəçi böyük öndərin siyasi kursunun, əsasını qoyduğu böyük işlərin bu gün onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Seminarın sonunda A.Məhərrəmov tələbələrin çoxsaylı suallarını cavablandırdı. Qonağa universitetin plaketi təqdim olundu.
Oral ƏLİYEV,
çelebi öZGüR,
BDU-nun jurnalistika
fakültəsinin IV kurs tələbələri