Nazir amerikalı qonaqları qəbul edib
Aprelin 15-də təhsil naziri Misir Mərdanov ölkəmizdə işgüzar səfərdə olan ABŞ-ın Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı, professor Don C.Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru Filip Lyonu qəbul edib. Həmin görüşdə Qafqaz Universiteti ilə Troy Universiteti arasında beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanmasına dair anlaşma memorandumu imzalanıb. Səmimi dostluq şəraitində keçən qəbulda "çağ" öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər özərən, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç və təhsil ocağının digər nümayəndələri, eləcə də nazirliyin mərkəzi aparatının və müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edirdilər.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməsindən məmnunluğunu ifadə etdi. ölkəmizdə təhsil sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin yaranmasına daim xüsusi önəm verildiyini vurğulayan nazir Azərbaycan Respublikasının ABŞ-la müxtəlif proqramlar çərçivəsində geniş miqyasda əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırdı. Misir Mərdanov yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin böyük rolundan bəhs edərək qonaqlara son illər ölkəmizdə bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər haqqında məlumat verdi. O, imzalanacaq sənəd əsasında Qafqaz Universiteti ilə Troy Universiteti arasında yaranacaq əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdiyini diqqətə çatdırdı. Görüşdə Türkiyə və Azərbaycan qardaşlığının ən parlaq simvolu olan Qafqaz Universitetinin böyük uğurlarından söz açan nazir Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün "Qafqaz Universiteti bütün Qafqazın "Harvard"ı olacaq" fikrinin yaxın gələcəkdə gerçəkləşəcəyinə şübhə etmədiyini dedi.
Sonra çıxış üçün söz alan professor Don C.Hines Azərbaycanda qarşılaşdıqları yüksək qonaqpərvərlik və səmimiyyətə görə təşəkkürünü bildirdi. Qafqaz Universitetinin Troy Universitetinin Cənubi Qafqazda əməkdaşlıq edəcəyi ilk ali məktəb olduğunu deyən qonaq tədbir iştirakçılarına çalışdığı 130 yaşlı təhsil ocağı haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, Troy Universiteti əlaqə yaratmaq istədiyi müəssisənin fəaliyyətini diqqətlə izləyir və yalnız bundan sonra işbirliyinə can atır. Bu mənada Qafqaz Universiteti də məhz Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblər arasında ən yüksək reytinqə malik olması, beynəlxalq miqyasda böyük nüfuzu, məzunlarının dünya səviyyəsində əhəmiyyətli nailiyyətləri ilə diqqəti cəlb edib. İmzalanacaq müqaviləyə görə Qafqaz Universitetinin bir qrup tələbəsi 2 il öz ali məktəbində, 2 il ABŞ-da təhsil alacaq. Bu razılıq amerikalı tələbələrə də şamil olunur. Proqramı başa vurmuş tələbəyə hər 2 universitetin biznes bakalavr dərəcəsi veriləcək. Bundan başqa, biznes magistr proqramının (MBA) həyata keçirilməsi də gözlənilir ki, bunun üçün tələbə hər iki təhsil ocağında bir il oxumalıdır. Əməkdaşlıq çərçivəsində müasir dövrdə dünyanın hər bir guşəsində əsas rol oynayan 2 sahə üzrə - biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanması nəzərdə tutulub. Dünyanın hər bir yerində tanınacaq diplomlar məzunların istənilən ölkədə işləməsinə imkan yaradacaq. Beləliklə, Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində məzunlarına 2 universitetin diplomunu verən ilk ali təhsil ocağı olacaq. Don C.Hines yaranacaq əməkdaşlıq əlaqələrinin həm də ölkələr arasında dostluq münasibətlərinin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirdi.
Səmimi şəraitdə keçən görüşün sonunda Qafqaz Universiteti və Troy Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma sənədi imzalandı. Təhsil naziri Misir Mərdanov onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı və qonaqlarla xatirə şəkli çəkdirdi.
Hicran ƏKBƏROVA