Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş I.Genclik Senliyi
genclik_senliyi
Qafqaz Universitetinin təşkilatçılığı ilə universitetinin şəhərciyində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “I Gənclik Şənliyi” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Ümummilli Liderimiz H. Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “I Gənclik Şənliyi”nin adının belə qoyulmasını Ulu Öndərimizin hər zaman “Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm” deməsi ilə əlaqələndirdi. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hər bir türk gəncinin ruhundadır. Öz xalqının milli-mənəvi gücünə, milli mədəniyyətinə, söykənə-söykənə Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onun ideoloji əsaslarını yaratdı. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafın təminatçısı olan gənc nəslimizin təlim və tərbiyəsi üçün əsl nümunədir. Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Heydər Əliyev yolunun davamçısı olan cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə son illər dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır. Rektor, təhsil sahəsində Qafqaz Universiteti gəncləri üçün də əlverişli imkanların açılmasından danışdı. O, Amerikanın Troy, Almaniyanın Düke Universitetləri ilə bağlanmış müqavilələrə əsasən universitet tələbələrinin hər iki Universitetin diplomlarını almaq şansı əldə etdiklərini dedi. Gənclərin ictimai siyasi həyatda fəallığını artırmaq, həyata keçirilən dövlət proqramının tətbiqi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Hazırda Qafqaz Universitetində 24 tələbə klubu, 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamla 2007-ci il "Gənclər ili" elan edildi. 2007-ci il gənclərin həyatında unudulmaz iz buraxdı. Gənclərimiz fəal həyata qoşularaq müxtəlif lahiyələrin iştirakçıları olurlar. Bu il Qafqaz Universitetinin gəncləri üçün də uğurlu olmuşdur. Gənc tələbələrimiz televiziya debat yarışında 2-ci yer tutdu. Gənclər və idman nazirliyinin “Tələbə bahari” adlı tələbələrin 1-ci Yaradıcılıq Festivalında “Muəllif şerlərinin ifası” nominasiyasında Universitetin teatr dərnəyinin uzvu Fuad Cəfərli 1-ci yer, “Pop musiqisi” nominasiyasında Eminağa Sadıqov 2-ci yer, ”Klassik musiqi” nominasiyasinda Qafqaz Universitetinin xoru 3-cü yerə layiq görüldülər. Biz gənc tələbələrin uğurlarını ürəkdən alqışlayırıq.
Sonra söz millət vəkili Lalə Abbasovaya verildi. Millət vəkili müstəqilliyimizin əldə olunmasının qısa xranologiyasından söz açaraq müstəqilliyimizin ilk illərində yüzlərlə şəhid qurban vermiş ölkəmizin sınmadığını, əksinə sıçrayışla irəlilədiyini qeyd etdi. Qurtuluş günündən sonra ölkədəki anarxiyaya, böhrana son qoyuldu. Heydər Əliyevin dövlətçilik və idarəçilik irsində Vətən sevgisi, azərbaycançılıq hissi, dil və milli mədəniyyət sevgisi zirvələrə qalxdı. Heydər Əliyevin pak ruhu bir Ümid Çırağıdır. Ulu öndərin ölməz ideyalarından güc alan bu çırağın şöləsi heç vaxt azalmayacaq, bu çıraq gənclərimiz, bütün xalqımız üçün bir əbədi məşələ çevriləcəkdir! Söz digər natiqlərə verildi. Şənlikdə müxtəlif sərgilər Qafqaz universitetinin tələbələri və həmçinin Azərbaycan-Türkiyə Özəl Liseylərinin tələbələri tərəfindən hazırlanmış stendlər nümayiş etdirilmişdir. Universitetdə təşkil edilən mini-futbol, şahmat və stolüstü tenis oyunlarının qaliblərinə A.Sanic tərəfindən hədiyyələr təqdim olunub. Tanınmış müğənnilər Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfüyyə, həmçinin Qafqaz Universitetinin özfəaliyyət dərnəklərinin tələbələri tərəfindən də müxtəlif mahnılar səsləndirilb.
Tədbir konsert proqramı ilə davam edib.
Rəcəb Rzayev