Saipem Şirkəti ilə Görüş
Şahdəniz 2 layihəsinin başladılması ilə əlaqəli olaraq Azərbaycanda Neft və Qaz istismarı sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin rolu getdikcə artır. SAIPEM şirkəti Azərbaycanda neft və qaz sənayesi, mühəndislik və qazıntı sahəsində kifayət qədər tanınmış şirkətlərdən biridir. İş bazarının artan tələblərinə uyğun olaraq keyfiyyətli kadrların cəlb edilməsi universitet və sənaye arasında olan işbirliyinin artmasına təkan verən amillərdən biridir. Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Saipem şirkətinin Davamlı İnkişaf üzrə Məsul şəxs Rəşad Xanlarov arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. və SAIPEM arasında keçirilən görüş əsnasında tələbələrin işlə təmini və staj keçmə imkanları müzakirə edilmişdir. Buna əlavə olaraq şirkətlər arasında olan əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi mövzuları və daimi inkişaf mövzuları əhatəsində danışıqlar aparılmışdır.