QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi

QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 11 Oktyabr 2014-cü il tarixində Yenifikir 2014 Müsabiqəsində birinci yeri əldə edərək 10 000 manat qazanmış BethClip layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında Startup - ın Silikon Vadisinə gedən yolu seminarı təşkil olundu.
15 - 30 Senytabr tarixlərində Silikon Vadisində səfərdə olan Rəşid Əliyev öz təcrübəsini Startup-çılarla, Startup - la maraqlanan gənclərlə bölüşdü. Seminarın ikinci yarısında Startup İstanbul - BethClipin təcrübəsində Nigar Movsumlu tərəfindən seminar iştirakçılarının suallarına cavab verildi
Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:
Silikon Vadisində Startup-lar
Startup-lar Vadidəki investorların gözü ilə
Haradan gəlib, hara gedirsən?
İstifadəçilər (traction)
Vadidə və digər yerlərdə böyümə
Vadi investorlarına nə zaman və necə müraciət etməli?
İnkubator və Akseleratorlar - bizdə və Vadidə
Startup İstanbul - BethClipin təcrübəsində
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır
.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF