11 Mart 2014 Salı

“Universitetin bütün qadınlarını təbrik edirik”

“Universitetin bütün qadınlarını təbrik edirik”

Bu gün səhər saatlarında Mədəniyyət şöbəsi Dərnəklər Koordinatorluğunun “Pəncərə” qəzetinin redaksiya heyəti qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Universitetin müxtəlif binalarında “Universitetin bütün qadınlarını təbrik edirik” adlı aksiya keçirib. “Pəncərə” qəzetinin redaksiya heyəti üzvləri universitetin pedaqoji kollektivinin qadın üzvləri ilə yanaşı, təmizlik işlərini həyata keçirən Azərbaycan qadınlarını təbrik ediblər. Redaksiya üzvləri səhər çağlarında universitetdə çalışan qadınlara Universitet rektorunun açıqçacada xüsusi təbrikini çatdıraraq, onlara bayram hədiyyələri-rəngarəng gül dibçəkləri təqdim ediblər.

 Qəzetin redaktoru Elmar Allahverdi deyib ki, aksiyanın əsas məqsədi təhsilimizdə zəhməti olan müəllimlərimizi və universitetimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar qadınları sevindirməklə onları unutmadığımızı və onların diqqətdə olmasının vacibliyini cəmiyyətə çatdırmaqdır.


                                                                                                                     Mədəniyyət şöbə müdirliği