Türkiyədən Azərbaycana həqiqətə uyğun olmayan xəbərlər göndərilir
“Qafqaz Universiteti rektoru
professor Əhməd Saniç adına açılmış saxta e-mail adresindən Azərbaycan
mətbuatına göndərilən məlumatların yalan olduğunu, belə məlumatların
insanları çaşdırmaq məqsədilə şər və böhtan olduğunu mətbuata
bildirmişdik. İctimaiyyətə bildiririk ki, aidiyatı qurumlara bu adresin
haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma edilməsi üçün
etdiyimiz müraciət nəticəsində müəyyən edilmişdir ki, bu saxta
e-mail Türkiyədə açılmış, həqiqətə uyğun olmayan xəbərlərin də Türkiyədən
Azərbaycan mediasına göndərildiyi ortaya çıxmışdır”.
Bu barədə Publika.Az-a Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru
dosent Natiq Paşa məlumat verib.
“Doğmalarından ayrılaraq
ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla
davam etdirdiyi modern Azərbaycan Təhsil siyasətinin uğurla heyata
keçirilməsində iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti
əks etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas
yanaşmasını, mənbəyi bilinməyən məlumatlar yaymaq əvəzinə onları
düşündürən suallarla bizə müraciət etmələrini təmənni edirik”.
http://publika.az/p/10368