Grant Thornton şirkətinin qonağı olduq.

Grant Thornton şirkətinin qonağı olduq.

Universitetimizi İş dünyasında tanıtmaq, tələbələrin karyeralarını qurmaq və təcrübə keçmələrində yardımçı olmaq məqsədi ilə əməkdaşlarımız Grant Thornton şirkətinin Azərbaycandakı təmsilçisi ilə görüşüb. Beynəlxalq Şirkətlərlə Əməkdaşlıq və Layihələr Ofisi ilə Karyera Planlama Mərkəzinin təşkil etdiyi növbəti görüşdə ali təhsil müəssisələri ilə iş dünyası arasında körpü rolunun oynanılmasının vacibliyi, şirkətlər arası güvənin və inamın artırılmasında qarşılıqlı tanışlığın əhəmiyyətinin vurğulanması, şirkətlər arası yüksək səviyyəli görüşlərin təşkili, müştərək layihələrin həyata keçirilməsi istiqamətləri, şirkət gəzintiləri, master klasslar və iş dünyasına hazırlıq mövzuları müzakirə edilib. Şirkətlərin gündəlik üzləşdiyi problemlər və biznes layihələrinin həyata keçirilməsi istiqamətində universitetlərin mühüm rolu müzakirə edilərək bu sahədə lazımi addımların atılması tədbirləri mövzularına toxunulub və görüş sonunda şirkət nümayəndələri ilə xatirə şəkili çəkilib.


http://www.qu.edu.az/az/news/Grant-Thornton-%C5%9Firk%C9%99tinin-qona%C4%9F%C4%B1-olduq-5034.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF