Şanlı zəfər tarixi günü və Novruz bayramı

Şanlı zəfər tarixi günü və Novruz bayramı

Hər il martın 18-i “Çanaqqala zəfəri” kimi qeyd edilir. Türkiyənin şanlı zəfər tarixinə çevrilən, Canaqqala zəfərinin 99-cu ildönümü  tarixi türk əsgərinin rəşadətinin nümayişi günüdür.  Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Mədəniyyət şöbəsi Biznes Dünyası Klubunun təşkilatçılığı ilə klubun üzvü Mövlanə mübadilə proqramı ilə Qafqaz Universitetində təhsil alan Türkiyə universitetinin tələbəsi Yasin Tombulun təqdimatında “Çanaqqalanı anım” proqramı keçirildi.

           Bu günlər hər yerdə xalqımızın milli bayramı olan Novruz böyük təntənələrlə qeyd olunur. İlin sonuncu çərşənbəsində Qafqaz Universiteti Mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Azərbaycan xalqının milli bayramı, Novruz bayramına həsr edilmiş  “Gəlir el bayramı, Novruz bayramı!” adlı əyləncəli, musiqili-ədəbi proqram keçirildi. Tədbirin keçirilməsində məqsəd xalqımızın çoxəsrlik tarixi ənənələrini və əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında hər kəsi sevindirməkdir. Bayram münasibətilə təşkil olunan tədbirdə universitet rəhbərliyi, və məzunlar, qardaş Türkiyədən nümayəndə heyəti də iştirak edirdi.  Universitetin Xor kollektivinin  ifasında xalq və bəstəkar mahnıları, aşıq musiqisi, milli rəqslər, eləcə də meydan-tamaşa, oyun və məzhəkələr nümayiş olundu. Bayramın əsas rəmzlərindən sayılan "Kosa və Keçəl"in məzəli deyişmələri  bayram ab-havasını tamamlayırdı.
         Bayram iştirakçılarına təqdim olunan səmənili  xonçalarda  boyanmış yumurta, müxtəlif şirniyyatlar, çərəzlər bayram əhvalına dad qatdı. Tədbirdə bayrama aid olan bütün atributlar öz yerini almışdı.  “Paxlavanın özünü öyməsi”, “Səməni” rəqsi, təbiət qoynunda məzəli “Çobanlar” rəqs-kompozisiyası, novruz duzlu-məzəli səhnəcikləri, Hacı Zeynalabdin Tağıyev adına dərnəyin təşkilatçılığı ilə keçirilən yumurta döyüşü və xına bəzəkləri, Universitetin Sənət Mərkəzinin həvəskar , yaradıcı tələbələrinin əl işlərindən ibarət  sərgisi şənlik iştirakçılarında xöş təəssürat oyatdı.
 Bəşəriyyətin qeyri-maddi mədəni-irs siyahısına daxıl olan  Beynəlxalq Növruz Günü ümumtürk xalqlarına ünvanlanmış Növruz təbrikləri və Qarabağda Canaqqala zəfərin yaşamaq diləyi ilə yaddaşlara köçdü.


                                                                                                 Mədəniyyət şöbə müdirliği
http://www.qu.edu.az/az/news/%C5%9Eanl%C4%B1-z%C9%99f%C9%99r-tarixi-g%C3%BCn%C3%BC-v%C9%99-Novruz-bayram%C4%B1-5122.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF