Fənn olimpiadasının qalibləri mükafatlandırılmışlar


Fənn olimpiadasının qalibləri mükafatlandırılmışlar  http://www.azertag.comSumqayıt, 3 mart (AzərTAc, Ətrabə Rzayeva). Sumqayıt Şəhər Təhsil Şöbəsi 2013-2014-cü tədris ilində keçirilən fənn olimpiadasının qaliblərini mükafatlandırmışdır.

AzərTAc xəbər verir ki, ənənəyə uyğun olaraq mükafatlandırma mərasimi Qafqaz Universitetinin akt zalında keçirilmişdir.
Tədbiri açan universitetin prorektoru, professor Cihan Bulud Azərbaycan təhsilinin inkişafına dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından danışmışdır. O, Qafqaz Universitetinin təhsil sistemindən və abituriyentlərin düzgün ixtisas seçimində önəmli olan amillərdən danışmışdır.
Sumqayıt Şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri Sabir Məmmədov Sumqayıtda savadlı və peşəsini sevən müəllim ordusunun olduğunu qeyd etmişdir. O, Qafqaz Universitetinin həmişə Sumqayıt təhsilinə dəstəyini yüksək qiymətləndirmişdir. 
Çıxış edənlər olimpiadaların əhəmiyyətindən, qaliblərin mükafatlandırılmasının şagirdlərdə fənləri daha dərindən öyrənməyə stimul yaratmasından danışmışlar.
Tədbirin sonunda qaliblər Sumqayıt Şəhər Təhsil Şöbəsinin və Qafqaz Universitetinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunmuşlar.

http://www.azertag.com


© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF