Qafqaz Universitetində "Universitet-İş dünyası əlaqələri ” mövzusunda “ Dəyirmi Masa-3 keçirilib.


Qafqaz Universitetində "Universitet-İş dünyası əlaqələri ” mövzusunda “ Dəyirmi Masa-3 keçirilib. http://dogru.tvKaryera Planlama Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Universitet-İş dünyası əlaqələri” mövzusunda “ Dəyirmi Masa-3 ”ə BP, FAB Boya və Kimya Sənayesi MMC, İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İB, İTECA Caspian LLC, Qarant Holding, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC, Deloitte, Saipem Asia, AMEC Services Ltd, Veyseloğlu LLC, Avrora, Koroğlu MMC kimi iri miqyaslı 12 şirkət və birliyin İşə Qəbul Şöbəsi, Təlim Tədris Mərkəzi, İnsan Resursları Departamenti, Kadrların seçilməsi şöbələrinin müdirləri, və mütəxəssisləri iştirak ediblər. 3 saata qədər davam edən “ Dəyirmi Masa-3” Qafqaz Universitetinin İş Dünyası ilə Əlaqələr üzrə Prorektoru açılış nitqi ilə başlayıb. Qarşıya qoyulan məsələlərə münasibət bildirən “Dəyirmi Masa-3” iştirakçıları Universitet-İş Dünyası əlaqələrinin ali təhsil müəssisələrinin ən mühüm məsələlərindən biri olduğunu söyləyiblər. Təklif ediblər ki, müvəffəqiyyətin əldə olunması üçün universitetlər və iş dünyası arasında məlumat-təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin genişləndirilməsi zəruridir. İş dünyası sosial məsuliyyət layihələrinə daha çok imkan ayırmalı. Tələbələrin iş dünyasına hazırlıq prosesinə birinci kursdan başlanılmalı.Tələbələrə təcrübə sahəsində şərait yaratmalı. Yaxşı oxuyan tələbələrə daha çox təqaüd proqramları üçün vəsait ayırmalı. Yalnız yüksək ballı tələbələrə deyil eyni zamanda aşağı ball ilə tələbə adını qazanmış tələbələrə də, şans tanımalı və onların da, özlərini yetişdirmələrinə şərait planı hazırlanmalıdır.İş dünyasi magistr və doktorantların dissertasiya işlərinin seçilməsi, araşdırmaların aparılması, təkmilləşdirilməsi proseslərinə daha çox qatılmalıdır. İş dünyasındaki mütəxassislər, öz sahalarinda universitetlərdə seminar və dərslərə "master class" kimi daha çox iştirak etməlidir.




Danışıq və müzakirələr sonunda əldə olunan nəticə və təkliflər:





Universitetlərdə əmək yarmarkalarının sıx-sıx təşkil olunması və təhsil ilə praktikanın bir-birinə daha çox inteqrasiya olunmasının təmini.
Tələbələrin şirkət ziyarətlərinin sıxlaşdırılması və ixtisaslı tələbələrin yetişdirilməsi.
Müəllimlərin motivasiya olunması və tələbələrin demotivasiyasının qarşısının alınması.
Pərakəndəliyin ortadan qaldırılması və universitetlərin müştərək şəkildə çalışmasını təmin etmək.
Avropa, Amerika və digər dünya üzrə köklü universitetlərdən təcrübəli müəllim heyətinin gətirilməsi və ekspertlərin təcrübələrindən faydalanaraq tədris proqramlarının zənginləşdirilməsi və inteqrasiyası.
Məzunların iş həyatına hazırlanması və iş bazarının araşdırılması və hansı sahələr üzrə tələbatın olduğunun müəyyənləşdirilməsi.
Tələbələrin profillərinə uyğun işlə təmin edilməsi, təhsil və bilikdən istifadə qabiliyyətinin artırılması.
Marketinq və biznesin inkişafı sahəsində ixtisaslı kadrların yetişdirilməsi.
Yerli mütəxəssislərin təhsil proqramlarına cəlb edilməsi və peşə məktəblərinin açılması və ixtisaslı kadrların yetişdirilməsi.
Tələbələrin ixtisaslarını seçmədə lazımi dəstəyin göstərilməsi və tələbələrin daha aktiv olunmasına dəstək və tələbələrin keyfiyyətini artırılması.
Universitetlərdə müəllim heyətinin və dərs verən akademik heyətin keyfiyyətinin artırılması, tədrisin keyfiyyətinin artırılması və iş bazarının standartlarına cavab verməsini təmin etmək.
Universitetlərdə mütəxəssislərin yetişdirilməsi və Qafqaz Universitetində HR ixtisasının açılması. Satış, Satışın idarəedilməsi, müştəri xidmətləri dərslərinin tədris proqramına daxil edilməsi
Şirkətlər təcrübəli və lazımlı kadr tələb etmələri əvəzinə prespektiv tələbəni lazımı kadr etmələri daha doğru olardı.
Şirkət nümayəndələri Universitetlərlə əlaqələri və tələbələri daha yaxşı tanımalarına görə Master Klasslarda daha aktiv iştirak etməli.
Universitetlərin texniki bazası qüvvətləndirilməli; laboratoriya imkanları artırılmalı.
Tələbələrin iş dünyasına hazırlıq prosesinə birinci kursdan başlanılmalı.
İş Dünyası Tələbələrin Şirkətlərin başqa ölkədə yerləşən filiallarında təcrübə keçmələrinə yardımçı olmalı
Müəllimlər, dərsləri ilə bağlı iş dünyasının tələblərinə diqqət yetirməli. Dərslərdə verilən biliklərin məzuniyyət sonrasında nə işə yarayabiləcəyi tələbələrə açıqlanmalıdır.
Müəllimlər təkmilləşdirmə kurslarına qatılmaq üçün aktiv olmalı
Məzunlar iş düyasındakı əmək, bilik və təcrübələrini tələbələrlə paylaşmalı.
Dəyirmi masanın sonunda qonaqlar, Qafqaz universitetinə, universitet rəhbərliyinə bu çalışmanın təşkilinə görə təşəkkür etdilər və bu cür fəaliyyətlərdə tez - tez bir araya gəlmənin əhəmiyyətini vurğuladılar
Dəyirmi Masada çıxış edən iştirakçılar:
BP – Məzunların İşə Qəbulu və Universitetlərlə Əlaqələr üzrə Qrup Rəhbəri Aytən Kərimova,
FAB Boya və Kimya Sənayesi MMC – İnsan Resursları Departamenti Müdiri Abdulrəhmanov Ağarəhim,
İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İB - İşçi seçimi üzrə Mütəxəssis Zaur Əliyev,
İTECA Caspian LLC - Biznesin İnkişafı üzrə Müdir Bəhruz Hidayətzadə,
Qarant Holding - İnsan Resursları Departamenti üzrə Menecer Şəmiyev Samir,
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC - İnsan Resursları Departamenti üzrə Mütəxəssis Anar Yusifov,
Deloitte - İnsan Resursları Departamenti Müdiri Vüsalə Kərimova,
Saipem Asia - Davamlı İnkişaf Mərkəzi Koordinatoru Rəşad Xanlarov və Nərgiz Həsənova,
AMEC Services Ltd - İnsan Resursları Departamenti Mütəxəssləri Rəna Əhmədova və Aygün Mirzəyeva, 
10. Veyseloğlu LLC - İnsan Resursları Departamenti üzrə Mütəxəssis Samir Həmzəyev,

11. Avrora - Təlim və tədris Şöbəsinin Müdiri Oğuz Heydərli,
12. Koroğlu MMC - İnsan Resursları Departamenti Müdiri Alruz Sultan,


 http://dogru.tv

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF