Dünyaca tanınmış təlimçi Məlik Duyar univeristetimizdə.

Dünyaca tanınmış təlimçi Məlik Duyar univeristetimizdə.

Dünya yaddaş çempionu Melik Duyar Universitetimizdə “Fotoqrafik Hafizə”, “Öyrənməyi Öyrənmək”, “Beynin İnkişaf Metodları” adlı seminar verib. Daimi İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin dünya şöhrətli yaddaş çempionu Universitetimizin qonağı olub. Müxtəlif televiziya kanallarında göstərdiyi yaddaş nümayişləri ilə tanınan və Fotoqrafik Hafizə Dünya çempionlarından olan Melik Duyar eyni zamanda “Türkiyə Zehni Riyaziyyat, Hafizə və Fotoqrafik sürətli oxuma çempionatlarının (Memoriad) da banisidir. Melik Duyar Türkiyəyə “Hafizə və Beyin təlimi” anlayışını öyrədən və Türkiyədə bu mövzudakı təlimləri başladan şəxs olaraq tanınmaqdadır. Melik Duyar haqqında qısaca məlumat

• Fotoqrafik yaddaş dünya çempionu və eyni zamanda “Türkiyə Zehni Riyaziyyat, Hafizə və
Fotoqrafik sürətli oxuma çempionatlarının (Memoriad) da banisidir.
• 1980-ci illərdə Orta Doğu Teknik Universiteti İnşaat mühəndisliyi fakültəsindən məzun olmuş,
magistr işini tamamlamış və maşınqayırma ixtisası üzrə fərq dərsləri də almışdır.
• 1980-ci ildə Malaziya hökümətindən aldığı təqaüdlə Kuala Lumpur İNTAN institutunda “İctimai
İdarəetmə” sahəsində çalışmışdır.
• 1988-89-cu illərdə ABŞ-dan aldığı Humphrey təqüdü ilə Minneosta Universitetində iqtisadiyyat
sahəsində Magistratura görmüş və həmçinin “Liderlik təlimi” keçmişdir.
• 1994-cü ildə “Fotoqrafik Hafizə” bölümündə dünya çempionu olaraq qızıl medal, “Oyun kartlarının
izlənilməsi”, “Qarışıq məlumatların izlənilməsi” mövzusunda dünya üçüncüsü olaraq iki ədə bürünc
medal qazanmış və “Rəqəmlərin izlənilməsi” ində də dünya dördüncüsü olmuşdur
• 1994-95-ci illərdə Avropa cəmiyyəti tərəfindən verilən Jean Monnet təqüdü ilə İngiltərədə Exeter
Universitetində “Avropa cəmiyyəti iqtisadiyyatı” sahəsində bir başqa magistr çalışmasını da
bitirmişdir.
• Milli Təhlükəsizlik Təşkilatında, Hərb Akademiyasında və polis Akademiyasında “Ad və Üz

yaddaşı”, “Beyindən effektiv istifadə” və “Yaradıcı düşünmə metodları” dərsləri də verməkdədir.

http://www.qu.edu.az/az/news/D%C3%BCnyaca-tan%C4%B1nm%C4%B1%C5%9F-t%C9%99lim%C3%A7i-M%C9%99lik-Duyar-univeristetimizd%C9%99-5052.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF