Qafqaz Universitetində “Ortaq mirasımız – dilimiz” mövzusunda müzakirələr aparılmışdır
Bakı, 3 mart (AzərTAc, İbrahim Əsədov). Martın 3-də Qafqaz Universitetində dil və mədəniyyət festivalı çərçivəsində “Ortaq mirasımız – dilimiz” mövzusunda Beynəlxalq elmi-praktik konfrans başlamışdır.
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alim, mütəxəssislər iştirak edirlər.
AzərTAc xəbər verir ki, konfransda AMEA-nın müxbir üzvü Tofiq Hacıyev ümummilli lider Heydər Əliyevin dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Türk dilinin olduqca zəngin dil olduğunu xatırladan alim, eyni zamanda, türkdilli xalqların mövcud əlaqələrinin əhəmiyyətindən danışmışdır.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən bəhs etmiş, dahi rəhbər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır.
Alim ortaq dilimiz barədə fikirlərini söyləmişdir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi idarə heyətinin sədri Ənvər Özərən, ayrı-ayrı ölkələrdən olan alim, mütəxəssislər də mövzu ilə bağlı fikirlərini diqqətə çatdırmışlar.
Sonra müzakirələr aparılmışdır.
Konfrans martın 4-də başa çatacaqdır.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır