«Ana dilimizi sevək, sevdirək»


«Ana dilimizi sevək, sevdirək»  525-ciBakı Özəl Türk Litseyində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Beynəlxalq Təhsil Kompleksi və Anadolu Dil Kültür Mərkəzinin təşkilati dəstəyi ilə orta ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri arasında keçirilən XI «Ana dilimizi sevək, sevdirək» müsabiqəsi və XII «Uluslararası Türkge Olimpiyatları - Azərbaycan» müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.İlk olaraq çıxış edən  və Anadolu Dil Kültür Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi İlhami Atmaca bildirib ki, sözügedən müsabiqə Beynəlxalq Ana Dili Gününə həsr olunub. Müsabiqədə mahnı, şeir, ifaçılıq, inşa, qrammatika, təqdimat, ölkəşünaslıq kateqoriyaları mövcud olub.

XII «Uluslararası Türkçe Olimpiyatları - Azərbaycan» finalında iştirak edib qalib gələn şagirdlər bu ilin iyun ayında 150 ölkənin iştirakı ilə Türkiyədə keçiriləcək XII «Uluslararası Türkçe Olimpiyatları»nda Azərbaycan komandası olaraq yarışacaqlar. Həmin müsabiqədə də mahnı, şeir və s. kateqoriyalar mövcuddur.
Daha sonra çıxış edən Azərbaycan beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Ənvər Özərən Azərbaycan dilinin inkişaf etdirilməsi, təhsil səviyyəsinin yüksəldilməsi istiqamətindjə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam və fərmanların mühüm rol oynadığını söyləyib. O, XI «Ana dilimizi sevək, sevdirək» müsabiqəsi  barədə danışıb. Onun sözlərinə görə, Dil və Mədəniyyət Festivalına  930 ümumtəhsil orta məktəblərindən 3000-dən çox şagird qatılıb.  Finalda iştirak edən qaliblər medal, sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Mükafatlandırma mərasimi 04 mart 2014-cü il Heydər Əliyev adına Respublika Sarayında keçiriləcək. Onun sözlərinə görə, keçən il keçirilən 11-ci beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan komandası cəmi 14 medal olmaqla – 8 qızıl və altı gümüş medal qazanmışdı. Ümumilikdə isə olimpiadalının tarixində azərbaycanlı şagirdlər 118 medal qazanıblar. Onların 42-si qızıl, 56-sı gümüş qalanı isə bürüncdür.

Ümumrespublika Dil və Mədəniyyət Festivalı çərçivəsində Qafqaz Universitetində də «Ortaq mirasımız - dilimiz» adlı elmi-praktik konfrans keçirilib. Konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın elm və mədinyyət xadimləri, tanınmış dilçilər, alimlər iştirak edirlər. Elmi-praktik konfransda əsasən türk dillərinin bir-birinə inteqrasiyası, mövcud olan problemləp, qarşıya çıxan çətinliklər, dilin tədrisi məsələləri və s. mövzularda çıxışlar olub. Konfrans müddətində müxtəlif elmi görüşlər və ekskursiyalar da həyata keçirilir. Qeyd edək ki, tədbir adları çəkilən ölkələrin universitetdə təhsil alan tələbələrinin Nəbi Xəzrinin Ana dili şeirini birgə səsləndirməsi ilə başlayıb. Konfrans öz işini bu gün də davam etdirəcək.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF