Türk dili Olimpiadasının Azərbaycan finalının qailbləri mükafatlandırıldı

Martın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ənənəvi IX Beynəlxalq Türk dili Olimpiadasının şeir və mahnı kateqoriyası üzrə Azərbaycan finalının mükafatlandırma mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal marşının səsləndirilməsi ilə başlayıb.
 
  Sonra mərasimdə iştirak edən Təşkilat Komitəsinin Sədri, Azərbaycan- Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək bu ilə qədər müsabiqələrdə 15 qızıl, 29 gümüş və 13 bürünc medal əldə olunmasından  danışıb. A. Gömleksiz bildirib ki, Türk dili əsrlərin sınağından uğurla keçərək bu gün bizlərə gəlib çatıb. Ötən bu illər əzində çox maneələrlə üz-üzə gəlib. Lakin, hər dəfə də daha da güclənib. Dünya ədəbiyyatına Nizamilər, Füzulilər, Yunus Əmrələr, Mehmet Akiflər, Əlişir Nəvailər, Yahya Kamallar, Yusuf  Has Haciplər kimi neçə-neçə dahilər yetişdirib. Onlar da məhs bu dildə danışıb, bu dildə  yazıblar. Türk dili sadəcə danışıq dilidir deyənlərə yazdıqları əsərləri ilə cavab veriblər. Biz də sevgi dili olan Türkcəmizi daha yaxşı öyrənib başqalarına da öyrətməliyik. Bu torpağın böyük şairi Bəxtiyar Vahabzadənin söylədiyi kimi “Ana südü kimi saf və təmiz Türkcəmizi, sevgi dili türkcəmizi qoruyub yaşatmalıyıq”. 
Sonra müsabiqə qaliblərini Türkiyə və Azərbaycan sənət adamlarından ibarət münsiflər heyəti dəyərləndiriblər. Onların qərarına görə şeir kateqoriyası üzrə Şirvan 9 saylı orta məktəbin şagirdi Saniyə Mirzəyeva, mahnı kateqoriyasında Bakı Bülbül adına məktəbin şagirdi Hidayət Cahangiroğlu, qrammatika kateqoriyası üzrə Kafkas İlköğretim okulunun şagirdi Orxan Muradov, inşa kateqoriyası üzrə Bakı Anadolu Özəl Türk liseyinin şagirdi Əminə Bayramova, nitq kateqoriyası üzrə Bakı Anadolu Özəl Türk liseyinin şagirdi Elvina Gülverdiyeva, seir kateqoriyası üzrə Kafkas İlköğretim okulunun şagirdi Yaren Yurtbaşı, inşa kateqoriyası üzrə Kafkas İlköğretim okulunun şagirdi Burak Koyuncuoğlu, qeyri-adi qabiliyyətlərin kateqoriyaları üzrə “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri Rafik Gulusoylu və Taleh Hüseyinli müsabiqənin qızıl medalına layiq görülüblər. Şeir kateqoriyasında ikinci yeri Şirvan 9 saylı orta məktəbin şagirdi Xədicə Bayraməliyeva, mahnı kateqoriyasında Şirvan 20 saylı orta məktəbin şagirdi Səbuhi Abdullazadə, üçüncü yeri şeir kateqoriyasında Bakı şəhər 250 saylı orta məktəbin şagirdi Mehparə Zeynalova, mahnı kateqoriyasında Bakı şəhər 258 saylı orta məktəbin şagirdi Qəfər Şamilovqazanıblar. Mükafatları Türkiyədən gəlmiş elm və iş adamları təqdim ediblər.

“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özeren çıxışında ötən illərə nəzər salaraq, bir vaxtlar Türkiyədə Azərbaycan musiqilərini, muğamlarını sevə-sevə həsrətlə dinləmələrindən xüsusilə də məşhur şair Əhməd Cavadın “Çırpinirdi qara dəniz, baxıb, türkün bayrağına” şerini dinləyən hər kəs kövrəlməsindən danışıb. Türk dilinin dünya dilləri içərisində zəngin, necə böyük bir dil olduğunu, inkişaf etdiyini hamının göz qabağında olduğunu qeyd edib. Bu dildə yazan Azərbaycanın dahi yazıçı şairlərindən İlyas Əfəndiyev, Rəsul Rza kimi şəxsiyyətlərinin adlarını xüsusilə qeyd edib. Şagirdlərin bu günkü çıxışları bir daha göstərdiki Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi “ Biz bir millət iki dövlətik”. Çıxışını Xalq Şairi Bəxtiyar Vahabzadənin “Dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur” sözləri ilə bitirib.
Tədbirdə Azərbaycan və Türkiyənin bir sıra mədəniyyət və incəsənət xadimləri, xarici ölkə səfirlik və nümayəndələri, ali və orta tədris müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müsabiqədə  Türkiyədən gəlmiş bir qrup sənət adamları-Gökmən, Ərhan Gülərüz, Ərtoğrul Ərkişi Azərbaycan mahnılarını ifa ediblər. Qafqaz üniversitetinin  rəqs ansamblı da öz maraqlı çıxışı ilə iştirakçıları feyziyab edib.
 
 
 
 

www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF