Lənkəran Şəhər Dram Teatrının müdiri ilə görüş
Martın 11-də Teatr Günü münasibətilə Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” kurslarının müdiri Musa Şükürov Lənkəran Şəhər Dram Teatrının müdiri İslam Həsənovla görüşü olub. Görüş zamanı M. Kadifeci və M. Şükürov rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti ilə bağlı əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Ötən tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər.
Lənkəran Şəhər Dram Teatrının müdiri İslam Həsənov Lənkəran ÖTL-nin və Lənkəran “Araz” Kurslarının ən nüfuzlu tədris müəssisələrindən olduğunu bildirib. Liseyin fəaliyyətindən məmnunluqla danışan İ. Həsənov onlara təhsildə uğurlar diləyib.