Bakı Özəl Türk Liseyinin Şagirdləri Azersun şirkətini ziyarət ediblər


Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və liseyin 8E sinif şagirdləri  Azersun şirkətinin Yağ emalı zavodunda olublar. Şagirdlər zavodda istehsal olunan yağların emal qaydası və iş prosesi ilə tanış olublar. Qonaqlara Azərsunun digər zavodları barədə də məlumat verilib. Sonra şirkətin direktoru Məhəmməd Umudovla görüşüblər. Görüş zamanı Bakı ÖTL-nin müdiri H. Ünver liseyin fəaliyyəti, təhsildə əldə etdikləri uğurları və yenilikləri barədə ətraflı məlumat verib. Respublika və Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri  tutmalarından, məzunlarının dünyanın bir çox tanınmış universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Məhəmməd Umudov “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərinin təhsildə qazandıqları nailiyyətlərdən məmnun olduğunu bildirib. Bakı Özəl Türk Liseyinin kollektivinə yeni-yeni uğurlar arzulayıb.


  www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır