ATƏT nümayəndələri Quba Özəl Türk Liseyində
Görüşdə çıxış edən Marko Kubni cəmiyyət dəstəkli polis layihəsi çərçivəsində məktəb-polis əməkdaşlığının əhəmiyyətindən ətraflı söhbət açıb. Bu layihənin bir neçə ölkədə keçirildiyini, məktəblilərin hüquqi maariflənmə baxımından uğurlu olduğunu qeyd edib. Sonra ATƏT nümayəndələri şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin nümayəndələri Marko Kubni, Serbiyadakı Baş polis müşaviri cəmiyyət dəstəkli polis layihəsinin rəhbəri Eduard Kabina, Vyanadakı strateji polis məsələləri üzrə müşaviri Torften Studek, şimal bölgə üzrə nümayəndəsi Halil Avcılar eləcə də Daxili İşlər Nazirliyinin Quba rayon polis idarəsinin əməkdaşları Quba Özəl Türk Liseyində müəllim və şagirdlərlə görüş keçiriblər. Əvvəlcə qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu qonaqlara liseyin fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. ATƏT nümayəndələri liseydə şagirdlər üçün təşkil edilmiş şəraitdən şagirdlərin nizam-intizamından məmnun olduqlarını bildiriblər.
www.cag.edu.az