Qafqaz Universiteti Novruz şənliyi keçirib


Qafqaz Universitetinin mədəniyyət şöbəsinin  təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədi gecə keçirildi . Tədbirdə çıxış edən Qafqaz Universitetinin  mühəndislik fakultəsinin dekanı  professor Həmzağa Orucov Novruz bayramı  dərin  tarixiə malik olan  təkcə  təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,  tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Mühəndislik fakultəsinin dekanı  professor Həmzağa Orucovun  çıxışından sonra   2010- 2011 ci tədris ilində Respublikamızda keçirilən idman yarışlarında universiteti  təmsil edən  tələbələrə Abşeron şəhəri Gənclər və İdman idarəsinin rəisi    Əsgər  Əmirəliyev  tərəfindən  hədiyyələr təqdim edildi.Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət  Xor kollektivi “Bayram olsun “,Rəqs kollektivi “Arşın mal alan “qızlardan ibarət kollektiv “Bağlamalar “,”Kosa və Keçəl” səhnəcikləri göstərildi.Xonça yarışması musabiqəsi keçirildi.
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF