“Araz”dan razılıq etdilər
Şəki Şəhər İcra Hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyib.
Şəkidəki “Firuzə” şadlıq sarayında 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı - Şəki məktəblisi” adlı tədbir kecirilib. Tədbiri giriş sözü ilə acan Şəki “Araz” kursunun müdiri Cəlil Ərdəm bu tədbirin əhəmiyyətindən söz açıb. Şəki Şəhər İcra Hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova “Çağ” Öyrətim Şirkətinin fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyib. O, bu tədris ocağında Vətənə, millətə sevginin daha yüksək təbliğ olunduğunu vurğulayıb. Şəki Şəhər Təhsil Söbəsinin müdiri Südabər İsmayılova da Şəki “Araz” kursunun fəaliyyətindən razı qaldığını dilə gətirib. Millət vəkili Cavanşir Feyziyev isə bildirib ki, bu gün “Çağ” və onun nəzdində fəaliyyət göstərən bütün təhsil ocaqları ölkəmizin təhsilinə öz töhfələrini verməkdədir. Tədbirin sonunda Şəki “Araz” kursunda keçirilən ənənəvi 3-cü Bilik yarışının qalibləri mükafatlandırılıblar.
Tədbirdə “Çağ”ın nailiyyətlərini əks etdirən videofilm də nümayiş olunub.
www.zaman.az