Lisey, savadlı və tərbiyəli gənclər yetişdirir

Fevralın 25- də Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay, Ağdaş Rayon Xəstəxanasının Baş həkimi Nuru Nuriyevlə görüşüb. Görüş zamanı R. Tomay əvvəlcə Nuru Nuriyevi Əməkdar Həkim adına layiq görülməsi münasibəti ilə təbrik edib. Liseyin fəaliyyəti, Respublika və beynəlxalq fənn olimpiadalarında əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Baş həkim liseyin fəaliyyətindən, xalqımıza, savadlı və tərbiyəli gənclərin yetişdirilməsindəki xidmətlərindən, burada təhsilin, təlim-tərbiyənin yüksək səviyyədə olmasından məmnun olduğunu bildirib. Sonra rəhbərlik etdiyi tibb ocağının fəaliyyətindən, səhiyyə sahəsinin inkişafından, əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması üçün müasir tibbi avadanlıqlarla təmin olunmalarından danışıb. Təhsildə liseyin kollektivinə uğurlar arzulayıb.

www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq