Qafqaz Universitetinin növbəti qonağı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan olub
Qafqaz Universitetində artıq ənənə halını almış ayın qonağı layihəsinin növbəti qonağı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan olub. “Liderlik” mövzusunda çıxış edən qonaq öz şəxsi təcrübələrini universitetin tələbələri ilə bölüşüb.
Azərbaycanlı hər bir gəncdə liderlik xüsusiyyətlərinin olmasını labüd sayan Ali Ağan: “Vətəndaşı olduğunuz dövlətə və cəmiyyətə faydalı insan olmağa çalışın. Çətinliklərdən qorxmayın və planlı çalışın”, - deyib.
“Qafqaz”ın rektoru, professor Ahmet Saniç rəhbərlik etdiyi təhsil ocağının gələcək planları və “Azercell Telekom”la imzalanmış müqavilələr barədə məlumat verib: “Məktəbimizdə “Azercell”in birbaşa təşəbbüsü ilə “Yeni nəsil şəbəkələr” adlı dərslər keçirilməkdədir. Bundan əvvəl isə “Mobil rabitə və sosial inkişaf” adlı konfrans təşkil edilmişdir”.