Çanaqqala Zəfəri coşquyla qeyd edildi
Dünya hərb tarixində öz əzəməti, dəst xətti ilə tanınan Çanaqqala Zəfəri indi təkcə Türkiyədə deyil, həmçinin canı canından, qanı qanından olan Azərbaycan və bir çox Türk dövlətlərində də anılır. Məhz bu münasibətlə Sumqayıt Dövlət Universitetində keçirilmiş tədbir iştirakçılarını riqqətə gətirdi. Qeyd edildi ki, Türk əyilməzdir. Vətən, torpaq, bayraq müqəddəsdir. Dünyaya sübut etdi ki, Türk insanının vətənə bağlılığı, sevgisi, bir millət kimi ayaqda dura biləcək qeyrəti əbədidir, sarsılmazdır.
Tədbir Azərbaycan və Türkiyə Cumhuriyyətinin Dövlət Himni və İstiqlal marşının səsləndirilməsi ilə başlayıb. Sonra Çanaqqala şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan çıxış edərək bildirib ki, təpədən dırnağadək o dövrün ən müasir silahları ilə silahlanmış İngilis-Fransız hərbi dəniz qüvvələrinə qarşı rəşadətlə sinə gərmiş Türk əsgərlərinin qəhramanlığından, düşmənlərin məkrli niyyətlərindən əl çəkməmələrindən ətraflı danışıb. Bu döyüşdə 3000 qədər könüllü azərbaycanlı əsgərlərin türk əsgərləri ilə çiyin çiyinə vuruşduqları və Türkiyəni ana vətən bilərək orada şəhid olduqlarını, o dövrdə Türkiyə tərəfinə maddi və mənəvi dəstəyin göstərildiyini qeyd edib və Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı sarsılmaz olduğunu vurğulayıb.
Sonra universitetin tələbələri Mustafa Kabay, “Çanaqqala türküsü”nü, Ayhan Kaplan M.A.Ersoyun “Çanakkale Geçilmez” şeirini, Abdullah Uçar Atatürkün “Gəncliyə Xitab”ını, Günel Mustafayeva “Şəhidim”, “Yıkılmadı Şehidim” şeirlərini söyləyiblər və xorla “Eftelya” türküsünü oxuyublar.
www.cag.edu.az