“Elm və həyat” jurnalının əməkdaşları liseydə
Martın 11-də “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, jurnalın əməkdaşı Arif Quliyev, Şərqşunaslıq institutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova, Fizika İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru Nazilə Soltanova, Texniki Universitetin professoru, texnika elmləri namizədi Telman Əliyev, Tibb və Turizm Universitetlərinin müəllimi, tarix elmləri doktoru Həcər Verdiyeva, Bakı Özəl Türk Liseyinin qonağı olublar. Qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz “Çağ” Öyrətim İşlətmələri şirkətinin müşaviri Ağarəsul Məmmədov qarşılayıblar. Qonaqlar Bakı Özəl Türk Liseyinin sinif otaqları, laboratoriyaları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz “Elm və həyat” jurnalının əməkdaşlarına liseylərin Azərbaycanda fəaliyyətə başladığı dövrdən əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından, məzunlarının dünyanın bir çox tanınmış universitetlərində təhsillərini davam etdirmələrindən geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına məqsəd qoyduqlarını bildirib.
“Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova jurnalın 50 illik fəaliyyətindən, əhəmiyyətindən, elmi biliklərin təbliği ilə məşğul olmalarından, bir çox elm adamlarının məqalələrinin bu jurnalda dərc olunmalarından, qarşılaşdiqları problemlər və dərc etdikləri elmi məqalələr eləcə də gələcək planlarından danışıb. Sonra burada şagirdlər üçün hazırlanmış şəraitdən və onların təhsildə əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Gələcəyin elm adamlarının məhs bu liseylərdə yetişdiyini deyib. Bunun üçün burada lazımi imkanların olduğunu eləcə də müasir təhsil avadanlıqları ilə təmin edildiyini vurğulayıb.
“Çağ” Öyrətin İşlətmələrinin eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərinin rəhbərliklərinə və pedaqoji kollektivinə təhsildə uğurlar arzulayib.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova “Çağ” Öyrətin İşlətmələrinin 15 illiyinə həsr olunmuş kitabı və xatirə hədiyyəsi təqdim edib.
www.cag.edu.az