"Mülki hüququn aktual problemlerine dair" beynelxalq konfrans keçirilecek

Bakı Dövlet Universiteti ve Qafqaz Universitetinin birge teşkilatçılığı ile Bakıda "Mülki hüququn aktual problemlerine dair" beynelxalq elmi-praktik konfrans keçirilecek. Bakı Dövlet Universitetinden verilen melumata göre, konfransın keçirilmesinde esas meqsed hüquqi boşluqların aradan qaldırılması üçün ireli sürülen elmi-praktik teklifleri ümumileşdirmek, texnologiyanın ve işgüzar heyatın inkişafı ile elaqedar xüsusi ve ümumi hüquq sahesinde meydana gelen müasir hüquqi problemlerinin helli yollarını tesbit etmekdir. Eyni zamanda bu sahedeki beynelxalq praktikanı Azerbaycana getirmekdir. Melumata göre, tedbirde esasen ümumi, xüsusi ve mülki hüququn, hüquqi tehsilin aktual problemleri müzakire edilecek. Konfrans çerçivesinde mövcud problemlerin aradan qaldırılması istiqametinde xarici mütexessislerle qarşılıqlı fikir mübadilesi aparılacaq. Sözügeden konfransa Azerbacanın tanınmış hüquqşünasları ile yanaşı bir sıra xarici ölkelerden olan hüquqşünasların, bu sahe üzre mütexessislerin de qatılacağı gözlenilir. Qeyd edek ki, ilk bele konfrans 2005-ci ilde keçirilib. S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF