4 Nisan 2009 Cumartesi

İNEPO-EUROASİA 33 ölkenin uşaqlarını bir araya getirdi

“Bu layihe olimpiadası şagirdlerin qabiliyyetlerinin nümayişi üçün en gözel fürsetdir”
Aprelin 4-de Bakıda keçirilen ekologiya ve qlobal felaketlerden çıxış yollarından behs eden “INEPO-EUROASIA” Etraf Mühitin Mühafizesi III Beynelxalq Layihe Olimpiadasının qaliblerinin mükafatlandırılması merasimi olacaq. Tedbirin teşkilatçıları Azerbaycan Dövlet Neft Şirketi, ekologiya ve tebii servetler, tehsil nazirlikleri, “Çağ Öyretim” şirketi, İctimai Televiziya ve Radio Yayım Şirketidir.
Olimpiadaya teqdim edilmiş layiheleri Azerbaycan, Türkiye, ABŞ, Braziliya, Tayvan, İndoneziya, Vyetnam, Rumıniya, Slovakiya ve diger ölkelerden gelmiş tecrübeli elm adamları qiymetlendirib.
Ümumilikde ise olimpiadaya www.inepo-euroasia.com internet sehifesi vasitesile 33 ölkeden 250-den çox layihe teqdim edilib, bu layihelerden 100-ü qebul olunub. Bakı El Oyunları İdman Sarayında keçirilecek mükafatlandırma merasimine Azerbaycandan ve Türkiyeden bir çox tanınmış ziyalı ve elm xadimlerinin, dövlet resmilerinin qatılacağı gözlenilir.
Xeber verdiyimiz kimi, Bakıda ekologiya ve qlobal felaketlerden çıxış yollarından behs eden “INEPO-EUROASIA” Etraf Mühitin Mühafizesi III Beynelxalq Layihe Olimpiadası keçirilir. Olimpiadanın teşkilatçıları “Çağ” Öyretim Şirketi, Azerbaycan Dövlet Neft Şirketi, Tehsil, Ekologiya ve Tebii Servetler nazirlikleri, “INEPO-EUROASIA” Ekologiya İctimai Birliyi ve “İctimai Televiziya”dır.
Olimpiadaya teqdim edilen 100-e yaxın layiheni Azerbaycan, Türkiye, Rumıniya, Braziliya, İndoneziya, Tayvan, Vyetnam, Slovakiya, ABŞ ve diger 20 ölkeden gelmiş tecrübeli elm adamlarından ibaret münsifler heyeti qiymetlendirecek. Tedbire ümumilikde 33 ölkeden nümayendeler qatılıblar.
Mükafatların teqdimetme merasimi ise bu gün Bakı El Oyunları İdman Sarayında keçirilecek. Mükafatlandırma merasiminde Azerbaycan ve Türkiyenin resmi nümayendeleri de iştirak edecekler. Qeyd edek ki, yarış çerçivesinde olimpiada iştirakçıları paytaxtımızı gezib, tarixi ve medeni abidelerle tanış olublar. Dünen iştirakçıların bezileri ile görüşüb olimpiadaya teqdim etdikleri layihelerle tanış olduq, onların ölkemizle bağlı fikirlerini öyrendik.
İlk müsahibimiz İftixar Mansur Kadri Seyiddir. 14 yaşlı iştirakçı layiheye Hindistanın Heyderabad bölgesinden qatılıb. İftixar Mansur Kadri Seyid Azerbaycana ilk defe geldiyini deyir: “Azerbaycan haqqında az da olsa melumatım var idi. Ancaq, sözün düzü, bu ölkenin bu qeder inkişaf etmiş bir ölke olduğunu tesevvür etmirdim. Hindistan menim üçün dünyanın en gözel ölkesidir. Ancaq Azerbaycanı da çox sevdim”.
“Hindistanla müqayisede burada havalar çox soyuqdur”
Qeribedir ki, İftixar Mansur Kadri Seyid Azerbaycanda havaların heddinden artıq soyuq olduğunu düşünür: “Burada olduğum müddetde çox üşüdüm. Azerbaycan havası çox soyuq olan bir ölkedir. Hindistanla müqayisede burada havalar çox soyuqdur”. Bakı şeheri ile tanışlıq zamanı İçerişeherde olduğunu bildiren müsahibimiz buranı çox beyendiyini dedi: “Hindistanda bele yerler çox azdır. Belke de var, ancaq men görmemişem. İçerişeheri çox beyendim, burada çekdiyim şekilleri soydaşlarıma göstereceyem”.
İftixar Mansur Kadri Seyid deyir ki, bir müddet sonra Azerbaycana yeniden gelecek: “Ancaq növbeti defe gelende burada en azı 3-4 ay qalacağam. Deyilene göre, Azerbaycanın bölgeleri de çox gözeldir. Hemin yerleri gezmek, görmek isteyirem”. Olimpiadaya teqdim etdiyi layiheye gelince, o hazırladığı duru (maye - red.) gübre barede melumat verdi. Dediyine göre, bu gübrenin vasitesile azotla zengin olan, istifadeye yararsız torpaqları yeniden berpa etmek mümkündür: “Bu gübre hem de torpağın terkibindeki bakteriyaları mehv edir”.
İraqlı qonaqlar Azerbaycanı yaxşı tanıyırlar
Diger müsahiblerimiz - Mebes Saleh ve Piyaşava ise layiheye İraqın Süleymaniyye şeherinden qatılıblar. Mebes Saleh Bakı ile tanışlıq zamanı buranı çox beyendiyini dedi. Türk dilinde serbest danışa bilen müsahibimiz deyir ki, Azerbaycanı yaxşı tanıyır: “Azerbaycanın 8 milyon ehalisinin olduğunu, erazilerinin 20 faizinin Ermenistan terefinden işğal edildiyini bilirem”.
Piyaşavanın ise teessüratları bele oldu: “Azerbaycanı çox beyendik. Her teref çox gözeldir, burada inşaat işleri aparılır, her teref yaşıldır. Azerbaycan neftle zengin bir ölkedir. Buranın insanları çox qonaqperverdirler. Men Bakıdakı parkları çox sevdim. İraqla müqayisede Azerbaycan her terefi yaşıl bir ölkedir. Buranın havası çox temizdir. İraqın erazisi sehralıq olduğu üçün orada her teref toz içindedir”. İraqlı müsahiblerim Azerbaycan ve İraq medeniyyetlerinin bir-birine çox yaxın olduğunu dediler.
İraqlı qonaqların olimpiadaya teqdim etdikleri layihe de diqqetçekicidir. Bele ki, onların layihesine esasen, çirkli avtomobil yağlarını temizlemek ve yeniden istifade etmek mümkündür. Onlar bu layihenin gelecekde böyük uğur elde edeceyine ve dünyanın bir çox ölkelerinde tetbiq edileceyine ümidvar olduqlarını bildirdiler.
“Bize Azerbaycan xalqının çox qehreman olduğunu dediler”
Olimpiadaya Nigeriyadan qatılmış Halime ve Abubekrle de hemsöhbet olduq. Halime Bakını çox sevdiyini ve gelecekde Azerbaycandakı ali tehsil müessiselerinden birinde oxumaq arzusunda olduğunu dedi: “Azerbaycan da Nigeriya kimi neftle zengin olan bir ölkedir. Azerbaycanın insanları çox qonaqperverdirler. Bakıda olarken Şehidler xiyabanını ziyaret etdik. Bize Azerbaycan xalqının çox qehreman bir xalq olduğunu dediler. Azerbaycan haqqında elde etdiyim bu bilgileri soydaşlarıma danışacağam”.
Abubekr ise bele bir layihenin teşkil olunmasının müsbet cehetlerinden danışdı: “Nigeriyada on minlerle qabiliyyetli uşaq var. Ancaq onların çoxu öz bacarıqlarını nümayiş etdire bilmirler. Çünki ölkemizde bunun üçün elverişli şerait yoxdur. Bu baxımdan azerbaycanlı uşaqlar çox xoşbextdirler. Onların qabiliyyetlerini inkişaf etdirmek üçün gözel şerait yaradılır. Bu tedbir ise şagirdlerin qabiliyyetlerini nümayiş etdirmeleri üçün gözel fürsetdir”.
www.zaman.az