ALİ MEKTEB TELEBELERİ ARASINDA İNFORMATİKA ÜZRE ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLİR
Qafqaz Universitetinde ali mekteb telebeleri arasında 17 May-Dünya Telekommunikasiya ve İnformasiya Cemiyyeti gününe hesr olunan informatika üzre ümumrespublika olimpiadası keçirilir.
Heyder Eliyev Fondu, Rabite ve İnformasiya Texnologiyaları, Tehsil nazirlikleri, Azerbaycan Milli Elmler Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu terefinden keçirilen olimpiadanın birinci merhelesinde 7 universitetden (Azerbaycan Dövlet Neft Akademiyası, Bakı Dövlet Universiteti, Qafqaz Universiteti, Azerbaycan Texniki Universiteti ve s.) 31 komanda iştirak etmişdir.
Onlara teqdim olunan müvafiq 7 meselenin helli üçün 4 saat vaxt verilmişdir. Uğur qazanan komandalar mayın 3-de keçirilecek final merhelesinde iştirak edecekler. Qaliblere mükafatlar verilecekdir. Bakı 5 aprel (AzerTAc).