Bakıda “İslam Medeniyyeti Ve Müasir Dünyada Dialoq” Mövzusunda Elmi-Praktiki Konfrans Keçirilir

Bakı, 30 aprel (AzerTAc). Aprelin 30-da Bakıda, “Gülüstan” sarayında ümummilli liderimiz Heyder Eliyevin xatiresine hesr edilmiş “Dialoq Avrasiya Platforması” (DAP) beynelxalq ictimai teşkilatının “Dialoq Avrasiya” jurnalının Azerbaycanda fealiyyete başlanmasının 10-cu ildönümü münasibetile “İslam medeniyyeti ve müasir dünyada dialoq” mövzusunda elmi-praktiki konfrans keçirilir.
DAP-ın Azerbaycan Milli Komitesinin sedri, Milli Meclisin deputatı, professor Nizami Ceferov konfransı açaraq platformanın ehemiyyetinden danışmışdır. N.Ceferov bildirmişdir ki, DAP 1998-ci ilin sentyabrın 15-de Avropa ve Asiyanın müxtelif ölkelerini temsil eden jurnalist ve yazıçıların İstanbulda keçirilen toplantısında tesis edilmişdir. Platformaya Azerbaycan Yazıçılar Birliyinin sedri Anar, Topqapı sarayının müdiri, tarixçi İlber Ortaylı, Rusiya Şerqşünaslıq İnstitutunun direktoru professor Rostislav Ribakov rehberlik etmişler. Hazırda ise DAP-ın rehberleri Qazaxıstan Yazıçılar Birliyinin sedri professor Nurlan Orazalin ve Harun Tokakdır.
DAP-ın metbu orqanı olan “Dialoq Avrasiya” jurnalından danışan N.Ceferov qeyd etmişdir ki, bu neşr Türkiye ve Rusiya başda olmaqla Avrasiyanın 16 ölkesinde derc olunmaqdadır. Rus ve türk dillerinde neşr olunan “Dialoq Avrasiya” jurnalı her sayında Avrasiyanın üreyi olan Azerbaycanın tarixi, medeniyyeti, tehsili, iqtisadiyyatı ile bağlı tanınmış şexslerin ve yazıçıların meqalelerini derc etmekdedir.
Konfransda Azerbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi meseleler şöbesinin müdiri Eli Hesenov, Dini Qurumlarla İş Üzre Dövlet Komitesinin sedri Hidayet Orucov, Qafqaz Müselmanları İdaresinin sedri şeyxülislam Allahşükür Paşazade, Rusiya ve Türkiyenin elm xadimleri iştirak edirler.

www.azertag.com

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF