Qafqaz Universitetinde Əmək Sərgisi
Emek Sergisi 30.05.2008 Respublika Prezidenti İlham Əliyev hələ 2003-cü ildə Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yerinin açılacağını bəyan etmişdi.Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə, 2003-cü il oktyabr ayının 1-dən bu günədək, yəni 4 il yarımda respublikamızda açılmış yeni iş yerlərinin sayı artıq 671 min 840-a çatıb ki, onların da ümumilikdə 479 min 396-sı daimidir. Həmin iş yerlərinin 80,1 faizi regionların payına düşür. Bu, yerli istehsalın get-gedə güclənməsinə, qeyri-neft sektorunun daha sürətli inkişafına, son nəticədə ölkəmizin iqtisadi qüdrətinin artmasına və əhalinin sosial vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına əyani sübutdur. Təkcə bu ilin birinci rübündə Azərbaycanda 28 min 487 yeni iş yeri açılıb ki, bunun da 21 min 380-i daimi iş yeridir. Hazırda Azərbaycanda işləmək imkanına malik, müxtəlif ixtisas sahibi olan 4 milyon 302 min nəfər əhali var ki, onların da 4 milyon 25 mini fəaliyy...