Kayıtlar

Ekim, 2014 tarihine ait yayınlar gösteriliyor

AVRORA GROUP dan tələbələrimizə gözəl bir təklif.

Resim
Qida sahəsində tanınmış şirkətlərdən sayılan Avrora Şirkətinin şöbə müdiri Oğuz Heydərov Yüksək yerli vakansiyalara tələbə və məzun qəbul etmək üçün qonağımız oldu. Şirkət keçən il universitetimizdən 8 tələbə alıb ödənişli təcrübə keçib sonda işlə təmin etmişdir. Bu il keçirilən görüşdə isə şirkət tərəfindən 10 vakansiya təqdim olundu və 23 tələbə və məzun ilə görüşüldü. Görüşdə iştirak edən tələbə və məzunlardan- 7-si məzun, 7 tələbə Pedaqoji, 9 tələbə isə Sənaye Mühəndisi Fakultəsində təhsil alan tələbələr idi. Qeyd edək ki, “Avrora” firması 13 aprel 2000-ci il tarixindən etibarən Azərbaycanda-Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur. http://www.qu.edu.az/az/news/AVRORA-GROUP-dan-t%C9%99l%C9%99b%C9%99l%C9...

Sənayenin İnkşafına dair Dövlət Proqramı

Resim
Məşğulluq və təhsil barəsində bir sıra təkliflər Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO), 2013-cü il hesabatı Məşğulluğun Dayanıqlı Artımı və emalat sənayesi sektorunun bu sahədəki rolunu əks etdirən bir sərlövhə ilə hazırlanmışdır. Hesabatda qeyd edilən statistiki göstərici, 1970 - 2009 illəri ərzində, emalat sənayesində məşğulluğun, illik 1,6 faiz artaraq bütün dünyada 388 milyona çatdığını ifadə edir. Sənaye ilə əlaqəli xidmətlər sektorunda meydana gətirilən məşğulluqla, bu sayı 2009-cu ildə 470 milyon olmuşdur ki, bu da bütün dünyada iqtisadi fəal olan 2,9 milyard əmək qüvvəsinin 16 faizinə bərabərdir. 2014-cü ilin “Sənaye ili” elan edilməsi ( http://www.president.az/articles/10793 ) ilə bağlı Tədbirlər planında (http://www.president.az/articles/11178 ) Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılması haqqında təkliflərin hazırlanması barəsində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixində elan etdiyi Sərəncama bu prizmadan yanaşmaq vac...

YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “Bayquş” layihəsi Seulda təqdim olunacaq

Resim
Cari ilin 3-14 noyabr tarixlərində Koreyanın Seul şəhərində "İdeya, ixtira, innovasiya və əqli mülkiyyət üzrə Beynəlxalq Təhsil Proqramı – Toxum layihəsi 2014" adlı tədbir keçiriləcək. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkil etdiyi tədbirdə Azərbaycan layihəsi də təqdim olunacaq. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı - YT Park" MMC-nin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizi YTP-nin Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Bayquş" layihəsinin rəhbəri Təmleyxa Piriyev təmsil edəcək. Qeyd edək ki, azərbaycanlı mühəndislərin hazırladığı "Bayquş" adlı kiçik həcmli təyyarə 80 dəqiqə havada qala bilir. Xüsusi optimizasiyalar ilə olan "Bayquş"un, eyni zamanda 3D xəritə çıxartma funksiyaları da var. Hələlik yerli investor tapa bilməyən layihə xarici investorlar tərəfindən diqqətdə saxlanılır. Həq...

“Çoxlu Türkiyə və Azərbaycan bələdiyyələrinin qardaş elan olunmasına nail olmuşuq”

Resim
Səbuhi Yusifov: “Mərkəzimizin nəzdində böyük bir kitabxana açmağı planlaşdırırıq” Qafqaz Universitetinin ilk tədqiqat mərkəzlərindən biri olaraq 1998-ci ildən fəaliyyət göstərən Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzinin sədri Səbuhi Yusifov mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı suallarımızı belə cavablandırdı. - Səbuhi müəllim, Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq istərdik. - Qafqaz Universitetində bir çox elmi tədqiqat mərkəzi fəaliyyət göstərir. Bunlardan biri də universitetdə Bələdiyyə Tədqiqatları Mərkəzi adı ilə fəaliyyətə başlayıb, sonralar isə adı dəyişərək Dövlət və Bələdiyyə İdarəçiliyi Tədqiqatları Mərkəzi kimi fəaliyyətini davam etdirən tədqiqat mərkəzidir. Mərkəzin qurulmasındakı məqsəd, yerli özünüidarəetmə, bələdiyyə sahəsində araşdırma aparmaq, dünya ölkələrinin yerli özünüidarəetmə sahəsindəki təcrübələrini araşdırmaq, Azərbaycanda bələdiyyələrin inkişafına elmi töhfələr vermək və tövsiyyələr hazırlamaq, eyni zamanda bələdiyyə idarəçiliyi sah...

AMİ ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Resim
Oktyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Müəllimlər İnstitutunda baş tutmuş imzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı, eləcə də hər iki ali məktəbin nümayəndələri iştirak ediblər. Anlaşma Memorandumunda hər iki ali məktəb arasında təcrübə mübadiləsi, birgə təlimlərin təşkil edilməsi, müasir təhsilin problemlərinə həsr olunmuş respublika və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə gələn pedaqoji işçilərin təcrübə və nəzəri təlimlərini Qafqaz Universitetində pedaqoji fakültədə təhsil alanlarla birgə təşkil etmək və s. məsələlər Anlaşma Memorandumunda öz əksini tapıb. Eyni zamanda universitetdə və institutda psixoloji xidmətin təşkilində birgə iştirak, müəllim inkişafı, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, qarşılıq...

Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb

Resim
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosioloji və hüquqi təhlil və proqnazlaşdırılma” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, türkiyəli tədqiqatçılar da iştirak edirlər. Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilən konfrasda çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, məqsəd hüquqi dövlətin müasir şəraitdə inkişafına elmi dəstək olmaqdır. Direktor qeyd edib ki, müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Azərbaycanda həyata keçirilən təhsil islahatlarından danışıb. Vurğulay...

Polimer Məmulatları Zavodu ilə Görüş

Resim
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Polimer Məmulatları Zavodunun direktoru İntiqam Əliyev arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Qeyd edək ki, Polimer Məmulatları Zavodu təyinatına görə müxtəlif məhsullar istehsal edən iki istehsal sahəsindən ibarətdir. İntiqam Əliyev zavodun ikinci istehsal sahəsi ilə bizi tanış edərək bildirdi ki, burada ev daxili kanalizasiya boruları, 20 atmosfer təzyiqinə dözən isti və soyuq su boruları, drenaj boruları, telefon, elektrik enerjisi xətlərinin mühafizəsi üçün kommunikasiya boruları və aksesuarları (dirsəklər, keçidlər və s.) istehsal olunur. Xırda diametrli su boruları, kompozit borular və aksesuarlar “STP” ticarət nişanı il...

Saipem Şirkəti ilə Görüş

Resim
Şahdəniz 2 layihəsinin başladılması ilə əlaqəli olaraq Azərbaycanda  Neft və Qaz istismarı sahəsində fəaliyyət göstərən yerli və xarici  şirkətlərin rolu getdikcə artır. SAIPEM şirkəti Azərbaycanda neft və  qaz sənayesi, mühəndislik və qazıntı sahəsində kifayət qədər tanınmış  şirkətlərdən biridir. İş bazarının artan tələblərinə uyğun olaraq  keyfiyyətli kadrların cəlb edilməsi universitet və sənaye arasında  olan işbirliyinin artmasına təkan verən amillərdən biridir.   Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə  Saipem şirkətinin Davamlı İnkişaf üzrə Məsul şəxs Rəşad Xanlarov  arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub.  və SA...

Bakıda II beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir

Resim
Oktyabrın 20-də Bakıdakı “Modern hotel”də Türkiyənin Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli din xadimi və sufi şairi Seyid Həmzə Nigarinin həyat və yaradıcılığının öyrənilməsinə həsr olunmuş II beynəlxalq Həmzə Nigari simpoziumunun açılış mərasimi oldu. İki gün davam edəcək simpoziumun əsas mövzuları Həmzə Nigarinin həyatı və yaradıcılığı, sufi ədəbiyyatı, sufizm və nəqşibəndilikdir. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyanı təmsil edən 80-dən çox alim və tədqiqatçının çıxışı nəzərdə tutulub. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmmə...

Tələbələr xeyirxah əməlləri ilə başqalarına dərs keçirlər

Resim
Bir neçə gün öncə qəzetimizdə “İş adamları bu dəfə kasıb uşaqların təhsilinə sərmayə qoydular” adlı yazı dərc olunmuşdu. Yazıda bir neçə iş adamının kasıb ailələrdən olan uşaqların təhsil almaları üçün hərtərəfli dəstək göstərdikləri vurğulanmışdı. Bu yazımız da təxminən bu mövzudadır, amma mahiyyət bir qədər fərqlidir. Söhbət Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” dərnəyinin üzvləri olan tələbələrin həyata keçirdikləri xeyriyyə tədbirlərindən gedir. Universitetin dərnəklər koordinatoru Ülvi Babayev deyir ki, Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycan tarixində, onun ictimai-sosial həyatında, eləcə də bütün dünyada bənzərsiz şəxsiyyətdir: “2006-cı ildə biz bu yardımlaşma dərnəyini təşkil edərkən ad seçimi ilə bağlı çox düşündük. Hesab edirəm ki, nəticə çox uğurlu alındı. “İnsanlığa yardım” devizi ilə təşkil olunan dərnəyin fəaliyyəti çox genişdir. Qeyd etmək istərdim ki, hər il davam edən bu fəaliyyətə tələbələr könüllü şəkildə qoşulurlar. Dərn...

Astana to host AICT 2014 conference

Resim
The 8th International conference on Application of Information and Communication Technologies (AICT 2014) will take place in Astana, Kazakhstan, in October. AICT 2014 is co-organized by Gumilyov Eurasian National University, Nazarbayev University, Qafqaz University, Lomonosov Moscow State University, Institute of Information Security and Cryptography and supported by the IEEE Azerbaijan Joint Chapter and technically sponsored by Institute of Electrical and Electronics Engineers (IEEE). The AICT 2014 is expected to be one of the most significant international academic conferences in the field of ICT implementation, which draws together researchers, academics, practitioners around the world to exchange, reveal and promote the latest advances and technologies in regards of the Application of Information and Communication Technologies (ICT) in Education and Research, Business and Administration, Industry, Governance, Health Care, Humanities and Social Sciences. Building on the succ...

В октябре состоится 8-я Международная конференция по использованию информационно-коммуникационных технологий

Resim
С 15 по 17 октября 2014 года в столице Казахстана г. Астане будет проводиться 8-я Международная конференция по использованию информационно-коммуникационных технологий (AICT2014). AICT2014 ставит своей основной целью предоставление платформы для обмена опытом и обсуждения инновационных идей в области информационных технологий и их применения между исследователями, учеными, студентами и специалистами из разных стран. По сообщению Организационного комитета, AICT2014 будет одним из самых значимых Международных академических конференций проводимых в Казахстане в области применения новейших информационно-коммуникационных технологий. Исследователи, ученые, практики приглашаются представить свои научные и практические работы, посвященные техническим проблемам и их решениям, новым вызовам цифрового века и научно обоснованным ответам на них. Конференция будет организована Назарбаев Университетом, Евразийским национальным университетом им. Гумилева, Университетом Кавказ, Московским государствен...

8-я Международная конференция по использованию информационно-коммуникационных технологий AICT 2014

Начало: 15.10.2014 9:00:00 Окончание: 17.10.2014 0:00:00 8-я Международная конференция по использованию информационно-коммуникационных технологий (AICT 2014) организованная Евразийским национальным университетом им. Гумилева, Исследовательская и инновационная система Назарбаев Университета (NURIS), Московским государственным университетом им. Ломоносова, Университетом Кавказ, Институтом информационной безопасности и криптологии, в партнерстве и при технической поддержке Института инженеров электротехники и электроники — IEEE (США) будет проводиться в столице Казахстана г. Астане с 15 по 17 октября 2014 года. Основываясь на успехе предыдущих AICT-конференций прошедших в Баку, Ташкенте и Тбилиси, AICT 2014 ставит своей основной целью предоставление платформы для представления и обсуждения результатов научных исследований и экспериментов, для обмена опытом и обсуждения инновационных идей в области информационных технологий и их применения между исследователями, учеными, студентами и эксп...

BP Azerbaijan Karyera və Təcrübə Proqramı Universitetimizdə

Resim
Global enerji bazarında öz yeri ilə tanınan və beynəlxalq  investisiyalar üçün giriş qapısı rolunu yerinə yetirən Azərbaycan  Respublikasının hal-hazırda vurğuladığı ən mühüm strategiyalardan biri  neft kapitalının insan kapitalına çevrilməsidir. Bu sahədə yerli və  xarici şirkətlərin ali təhsil müəssisələrinin məzun və  tələbələrini ixtisaslı kadr kimi yetişdirilməsi istiqamətində tətbiq  etdiyi fəaliyyətlərdən biri şirkət ziyarətləridir. Beynəlxalq Şirkətlərlə Əməkdaşlıq və Layihələr Ofisi və Karyera Planlama Mərkəzinin  təşkilatçılığı altında BP Azerbaijan şirkətinin nümayəndələri ilə tələbələr arasında görüş  keçirilmişdir. Görüşdə BP Azerbaijan şirkətinin nümayəndələri tələbələrə  təcrübə imkanları və karyeraya hazırlıq,  məzun olmazdan  əvvəl əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi  üçün riayət edilməli olan məqamlara diqqət edilməsi və bu kimi digər  vacib strategiyalar haqda ətraflı məlumat v...

Azalan neft qiymətləri: Tələb və Təklifin ünsiyyətindəki sadə məntiq

Resim
Məqalənin sonunda deyə biləcəyim fikri, "səxavətli" bir müəllif kimi sizinlə indi bölüşürəm. İlkin baxışda qlobal bazarlarda neftin qiymətinin düşməsinin arxasında dayanan səbəbləri belə sıralamaq olar; Amerikada neft sahəsində on il əvvəl tətbiq edilməyə başlanan yeni texnologiyalar, istehsalın kəskin həddə artmasına gətirib çıxarmışdır. 2005-ci ildə ABŞ-ın neft istehsalı günlük 8,3 milyon barel ikən, bugün bu rəqəm 12,4 milyon bareldir. Bu nəticə hardasa 50 faizlik artış deməkdir. 2013-cü ildə, Çinin neft istehlakı günlük 10 milyon barel, ABŞ- ın isə 19 milyon barel olmuşdur. Çin, nəhəng bir iqtisadiyyat olduğunu son onillikdə yüksək iqtisadi artımı ilə bizə nümayiş etdirsə də, hələ ki qlobal bazarlarda neftin əsas alıcısı ABŞ-dır. ABŞ, neft alımını azaldanda, bu qlobal neft tələbinin düşməsi mənasına gəlir.     Çindəki iqtisadi artımın yavaşlaması, neftə olan tələbatının azalacağı şəklində bir gözləntinin formalaşmasına gətirib çıxarır. Hərçənd ki, Çin neft...

“Gənclər mədəniyyətimizi xarici tələbələrə çatdırmaqda səylərini əsirgəməməlidir”

Resim
Həzi Eynalov: “Xarici təhsilin gənclərimizin elmi və intellektual potensialının artmasında çox müsbət təsiri var. " Xaricdə müxtəlif təhsil pillələrinə uyğun təhsil almaq, ixtisasartırma kursu keçmək və sair formalarda bilik artırmaq, ixtisaslaşmaq, savadlı mütəxəssis kimi yetişməklə bərabər, insanın bir şəxsiyyət kimi formalaşmasında da böyük rol oynayır. Həmçinin gənclərin dünyagörüşünün, həyata dair baxışlarının inkişaf etdirilməsində, mənəvi-intellektual inkişafda da xaricdə təhsilin böyük rolu var. Bu baxımdan layihə çərçivəsində sözügedən mövzuda Qafqaz Universitetinin Dünya iqtisadiyyatı bölməsində tədris məsləhətçisi, dosent Həzi Eynalovla söhbətləşdik. O, xaricdə təhsil-tədris məsələləri və gənclərin bu baxımdan mənənəvi-intellektual inkişafı yolları ilə bağlı fikirlərini bizimlə bölüşdü. - Öncə özünüz və xaricdə aldığınız təhsil barəsində ətraflı məlumat verərdiniz. - Mən - Eynalov Həzi Əsgərxan oğlu orta təhsilimi ölkəmizdə yekunlaşdırdıqdan sonra Türkiyə Respublik...