Şuranın dəstəyilə "Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın mövqeyi"

qhtxeber.az//  Humanitar Tədqiqatlar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Gənclər və Dağlıq Qarabağ mövzusu" layihəsini həyata keçirir.
qhtxeber.az-ın məlumatına görə, Cəmiyyət layihə  çərçivəsində Kanal13 internet televiziyasının efirində "Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın mövqeyi" mövzusunda müzakirə-debat təşkil edib. 
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun aparıcısı olduğu müzakirədə Qafqaz Universitetinin Beynəlxalq Hüquq Kafedrasının Müdiri, politoloq Fərhad Mehdiyev və "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iştirak ediblər. 
Qeyd edək ki, müzakirə zamanı gənclərin Dağlıq Qarabağ haqqında bilgi əldə etməsi və münaqişənin həll olunmasında potensialından istifadə olunması məsələləri müzakirə olunub.
Xatirə

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF