Qafqaz Universitetinin Bələdiyyə Tədqiqatları Mərkəzi Türkiyədə.


Qafqaz Universiteti BTM –zinin təşkilaçılığı ilə Şəhər Bələdiyyələri Assosiasiyasının nümayəndələrindən ibarət heyətin İstanbul Böyükşəhər Bələdiyyəsinə işgüzar səfərdə oldu.

8-12 iyul 2012-ci il tarixində Qafqaz Universitetinin Bələdiyyə Tədqiqatları Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin, Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin və Şəhər Bələdiyyələri Assosiasiyasının nümayəndələrindən ibarət heyətin İstanbul Böyükşəhər Bələdiyyəsinə işgüzar səfəri təşkil olunmuşdur. Nümayəndə heyətinə Milli Məclisin Regional Məsələlər Komitəsinin Sədri Arif Rəhimzadə rəhbərlik etmişdir. Heyətin tərkibinə millət vəkilləri Tahir Rzayev və Rüstəm Xəlilov,  Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev, Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin müdiri Səbuhi Yusifov və müdir müavini Xanlar Heydərov, Milli Məclisin və Şəhər Bələdiyyələri Assosiasiyasının mütəxəssisləri  daxil edilmişdir. Səfərin məqsədi bələdiyyə sahəsində Türkiyə təcrübəsinin araşdırılması olmuşdur. Səfər zamanı bir sıra mühüm görüşlər və tədbirlər keçirilmişdir. İstanbul Böyülşəhər Bələdiyyəsinin mütəxəssislərinin təqdimatı ilə Türkiyədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, maliyyə mənbələri, ictimaiyyətlə münasibətləri və s. kimi mövzularda seminarlar keçirilmişdir. Nümayəndə heyətinin İstanbul Böyülşəhər Bələdiyyəsinin sədri Kadir Topbaşla görüşü olmuşdur. Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bir daha vurğulanmış, Azərbaycanda yerli özünüidarənin inkişafı üçün Türkiyə təcrübəsinin mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. Səfər zamanı İstanbul Böyülşəhər Bələdiyyəsinə aid olan və şəhər təsərrüfatının ayrı-ayrı sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər də ziyarət edilmiş, təcrübə mübadiləsi aparılmışdır.

Nicat Yusifov

Instagram