1998-1999-cu il məzunlarıyla görüş


Dünən axşam 1998-1999-cu il məzunlarından ibarət bir qrup Universitetimizi ziyarət etdi. Məzun Koordinasiya Şöbəsi əməkdaşları və Universitetimizin İctimai Əlaqələr üzrə Prorektoru Natiq Paşa tərəfindən qarşılanan məzunlarımız Universitetimizdə gedən yeniliklərlə tanış oldular. Burda gedən dəyişikliklərdən, Universitetimizin belə inkişafından qürur duyduqlarını dilə gətirdilər. Bunun ardından məzunlarımıza iftar süfrəsi təşkil edildi. Məzunlarımızın bir neçəsi öz yoldaşları və uşaqlarıyla gəlmişdilər. Bu da bu ziyarətə və ziyafətə ayrı gözəllik qatdı. Bu Universitetimizin bir ailə olduğunun bariz nümunəsi idi. Natiq Paşa məzunlarla xeyli söhbət etdi. Məzunlar iş yerləri və qarşılaşdıqları çətinliklər, əldə etdikləri uğurlar haqqında danışdılar. Natiq bəy onların hər zaman universitetimizi ziyarət etmələrindən məmnun olacaqlarını bildirdi.

Ardından məzunlarımızla xatirə şəkili çəkdirdik və xoş təəssüratlarla ayrıldıq.

Nicat Yusifov

Instagram