Qafqaz Universiteti liderdir


Azərbaycanın onlayn mediasında monitorinq xidmətini təklif edən "Nettrends" şirkəti (www.nettrends.az) 2013-cü ilin iyun ayı ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı açıqlayıb.

Təqdim edilən rəqəmlər müvafiq sözlərin Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 100-dən çox xəbər saytında dərc edilmiş 100 minə yaxın məqalənin analizinə əsasən müəyyən edilib.

İyun ayında banklar arasında liderlər siyahısına Unibank və Bank of Baku başçılıq edir. Belə ki, bu banklar barədə çıxan xəbərlər bütün bank xəbərləri arasında müvafiq olaraq 17% və 9% təşkil edir.

Avtomobil markaları siyahısına Mercedes və Toyota, universitetlər siyahısına isə Qafqaz Universiteti və Azərbaycan Diplomatik Akademiyası (ADA) başçılıq edirlər.

İyun ayında internet saytlarında ən çox adı çəkilənlər sığorta şirkətləri arasında Rəvan Sığorta, mobil operatorlar arasında isə Bakcell birincidir.

Xarici məhsul brendlərinə DolceGabbana geyim markası 26%-lə, yerli məhsul brendlərinə isə 40% Milla şirkəti liderlik edir.

"Nettrends" MMC Azərbaycan internet məkanındakı xəbər saytlarını monitorinq edən xidmətdir. Xidmət korporativ və eləcə də fərdi müştərilərə göstərilir.

http://topnews.az/entertainment/11883/Qafqaz-Universiteti-liderdir.html

QafqazLife

Instagram