TÜRKİYENİN XARİCİ İŞLER NAZİRİ QAFQAZ UNİVERSİTETİNDE OLMUŞDUR

Bakı, 26 may (AzerTAc). Azerbaycana seferi çerçivesinde Türkiyenin xarici işler naziri Ehmed Davudoğlu Qafqaz Universitetinde olmuşdur.
Universitetin rektoru, professor Ehmed Saniç rehberlik etdiyi ali mektebde tehsilin inkişafı, müxtelif ixtisaslar üzre bacarıqlı mütexessislerin hazırlanması üçün heyata keçirilen tedbirlerden, qazanılan nailiyyetlerden danışmışdır.
Rektor vurğulamışdır ki, universitet Türkiye ve Azerbaycanın elmi-texniki ve pedaqoji potensialını birleşdirerek yüksek seviyyeli mütexessisler hazırlayır. O, universitetin beynelxalq elaqelerinin genişlendiyini de qeyd etmişdir.
Türkiyenin xarici işler naziri iki ölkenin dostluğundan behs etmiş, telebelere tövsiyelerini vermiş, Azerbaycan ve Türkiye arasında münasibetlerin yüksek seviyyede olduğunu diqqete çatdırmışdır.
E.Davudoğlu vurğulamışdır ki, qardaş ölkeleri bir-birinden ayırmaq isteyenler heç vaxt buna nail ola bilmeyecekler. Bizim dostluğumuz ebedidir. Azerbaycan bizim üçün çox ezizdir.
Bakı şeherinin inkişafına da toxunan nazir diqqete çatdırmışdır ki, paytaxt günden-güne gözelleşir, abadlaşır. Bu gün Azerbaycanın paytaxtı dünyanın tanınmış şeherleri sırasındadır.
Ölkenin, cemiyyetin tereqqisinde tehsilin önemli rolu olduğunu qeyd eden E.Davudoğlu telebelere tehsilde yeni nailiyyetler arzulamışdır.
Telebelerin suallarını cavablandırdıqdan sonra Türkiye resmisine hediyyeler teqdim olunmuşdur.

http://www.azertag.com/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF