Öten il TİKA ölkemizde 97 layihe heyata keçirib

“2008-ci ilde Türkiyenin Türk Emekdaşlıq ve İnkişaf İdaresi (TİKA) ölkemizde 97, cari ilde ise 62 layihe reallaşdırıb”.

Bu barede TİKA-nın Bakı üzre proqram elaqelendiricisi Ebubekr Çelik temsil etdiyi qurumun son bir ilde Azerbaycandakı fealiyyetleri barede Qafqaz Universitetinde keçirilen seminarda melumat verdi. Onun sözlerine göre, öten ilde Azerbaycanda teşkil olunan telim-tedris proqramlarına 468, elmi konfranslara 326, sosial ve medeni fealiyyetlere 4018 nefer olmaqla cemi 4812 nefer celb olunub. O, Azerbaycanda qeyri-neft sektoru, qaçqın ve diderginlerin heyat seviyyesinin yaxşılaşdırılması, ixtisaslı kadrların hazırlanması, elmi-medeni ve sosial, hemçinin ictimai müşavirlik istiqametlerinde fealiyyet gösterdiklerini seminar iştirakçılarının nezerine çatdırdı.1994-cü ilden Azerbaycanda fealiyyete başladıqlarını deyen Ebubekr Çelik bildirib ki, Türkiyenin yürütdüyü ”yumşaq güc“ siyasetinin terkib hissesi olan TİKA-nın hazırda dünyanın 23 ölkesinde ofisi var ve yüze yaxın ölke ile emekdaşlıq çerçivesinde fealiyyet gösterir. Meftun Salmanov

www.zaman.az


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF