Rumıniyadan 2 gümüş, 5 bürünc medal

Aprel ayının 24-den 27-ne kimi Rumıniyanın paytaxtı Buxarest şeherinde informatika fenni üzre Beynelxalq "İnfomatriks" yarışması keçirildi. Yarışmaya 31 ölkeden 5 kateqoriya üzre 246 layihe teqdim edilmişdi. Azerbaycan-Türkiye Özel Liseylerinin müsabiqeye 4 kateqoriya üzre qatılan şagirdleri 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanmışdır. Belelikle, Azerbaycan-Türkiye Özel Liseylerinin 1994-2009 -cu illerde beynelxalq olimpiadalar da elde etdiyi medalların sayı 309 olmuşdur: 66 qızıl, 104 gümüş, 139 bürünc. "Dede Qorqud" Özel Türk Liseyinin 4 şagirdi: Nurbaxış Süleymanzade ve Nurehmed Süleymanzade "Photography" kateqoriyasından "Radiation War" layihesi üzre gümüş medal, Kamal Hesenli ve Tural Gülmemmedov "Hardware Controller" kateqoriyasından "Safety War" layihesi üzre bürünc medala layiq görülmüşdür. Bakı Özel Türk Liseyinden Azad Salahlı ve "Dede Qorqud" Özel Türk Liseyinden Sahil Qedimbeyli "Programming" kateqoriyasından "Elektron Mekteb Sistemi -2009" layihesi üzre bürünc medal, Lenkeran Özel Türk Liseyinden Samir Ehmedov "Digital Content" kateqoriyasından "Dramatik Down" layihesi üzre bürünc medal, Sumqayıt Özel Türk Liseyinden Serxan Abbasbeyli "Programming" kateqoriyasından "Hardware Controller" layihesi üzre bürünc medal qazanmışdır. Azerbaycan üçün elmnamine dünya bilik yarışmalarına zefer yürüşleri ise davam edir.
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF