Ehmed Davudoğlu Qafqaz Universitetinde telebe ve müellim heyeti ile görüşüb

Azerbaycana resmi seferi çerçivesinde Türkiyenin xarici işler naziri Ehmed Davudoğlu Qafqaz Universitetinde telebe ve müellim heyeti ile görüşüb. Bu barede melumatı AZADİNFORM-a Qafqaz Universitetinden veribler. Görüşde çıxış eden QU-nin rektoru Ehmed Sanic bildirib ki, 1993-cü ilde fealiyyete başlayan universitet 1998-ci ilde ilk mezuniyyetini, 2009-cu ilde ise 11-ci mezuniyyetini keçirecek. E.Sanic qeyd edib ki, universitetin terkibinde Daimi İnkişaf ve Karyera Merkezi fealiyyet gösterir. Bu merkez mezunlara karyera qurmaqda yaşadıqları pproblemleri, sıxıntıları hell etmekde kömeklik gösterir. E.Davudoğlu ise iki ölke arasında bütün sahelerde elaqelerin inkişaf etdirilmesi üçün siyasi iradenin nümayiş etdirildiyini vurğulayıb. O, Azerbaycanın terkib hissesi olan Dağlıq Qarabağın Ermenitstan terefinden işğal edildiyini ve münaqişenin helli üçün danışıqların davam etdirildiyini söyleyib. E.Davudoğlu hazırda regionda Azerbaycanla Ermenistan, Rusiya ile Gürcüstan, Türkiye ile Ermenistan arasında problemler olduğunu qeyd ederek bildirib ki, regionda normal münasibetlerin qurulması üçün bu problemler hell olunmalıdır.

http://azadinform.az/index.php?dn=news&to=art&id=18470

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF