Naxçıvanlı telebeler “Arşın mal alan”ı teqdim etdiler
Naxçıvan Dövlet Universitetinin (NDU) “Telebe opera studiyası”nın telebe ve müellim heyeti terefinden hazırlanan “Arşın mal alan” tamaşası öten bazar günü Semed Vurğun adına Rus Dram Teatrında nümayiş etdirildi. Qafqaz Universitetinin teşkilatçılığı ile keçirilen tamaşanı NDU-nun orkestri müşayet edirdi. Tamaşaya Naxçıvan Muxtar Respublikasının emekdar artisti Mübariz Esgerovun quruluş verdiyini vurğulayan NDU-nun prorektoru Mehemmed Rzayev bizimle söhbetinde “Arşın mal alan”ı Qafqaz Universitetinin telebelerinin Naxçıvanda nümayiş etdirdikleri tamaşaya bir növ cavab olaraq hazırladıqlarını bildirdi: “Meqsedimiz telebelerin milli-menevi şüurunu qüvvetlendirmek, hemçinin Qafqaz Universiteti ile sıx medeni elaqeler qurmaqdır”.