Bakıda “İslam Medeniyyeti Ve Müasir Dünyada Dialoq” Mövzusunda Elmi-Praktiki Konfrans Keçirilir
Bakı, 30 aprel (AzerTAc). Aprelin 30-da Bakıda, “Gülüstan” sarayında ümummilli liderimiz Heyder Eliyevin xatiresine hesr edilmiş “Dialoq Avrasiya Platforması” (DAP) beynelxalq ictimai teşkilatının “Dialoq Avrasiya” jurnalının Azerbaycanda fealiyyete başlanmasının 10-cu ildönümü münasibetile “İslam medeniyyeti ve müasir dünyada dialoq” mövzusunda elmi-praktiki konfrans keçirilir.
DAP-ın Azerbaycan Milli Komitesinin sedri, Milli Meclisin deputatı, professor Nizami Ceferov konfransı açaraq platformanın ehemiyyetinden danışmışdır. N.Ceferov bildirmişdir ki, DAP 1998-ci ilin sentyabrın 15-de Avropa ve Asiyanın müxtelif ölkelerini temsil eden jurnalist ve yazıçıların İstanbulda keçirilen toplantısında tesis edilmişdir. Platformaya Azerbaycan Yazıçılar Birliyinin sedri Anar, Topqapı sarayının müdiri, tarixçi İlber Ortaylı, Rusiya Şerqşünaslıq İnstitutunun direktoru professor Rostislav Ribakov rehberlik etmişler. Hazırda ise DAP-ın rehberleri Qazaxıstan Yazıçılar Birliyinin sedri professor ...