IX Beynəlxalq Türk Dili Olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib




İyulun 1-də Bakı Özəl Türk Liseyinin konfrans zalında, ötən ayın 15-dən 30- dək Türkiyədə keçirilmiş IX Beynəlxalq Türk Dili Olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Türkcə Olimpiadası Respublika Təşkilat Komitəsinin Sədri Arif Gömleksiz bildirib ki, adı çəkilən olimpiadada dünyanın 130 ölkəsindən 15 minə yaxın məktəblilər arasından seçilmiş min şagird,qonaq sifəti ilə çox sayda valideyn və müəllim iştirak edib. Şagirdlər burada mahnı, şeir, rəqs və başqa 15 müxtəlif kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdiriblər.
Bu olimpiadanın keçirilməsi təkcə Türk dilinin təbliğinə deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan insanlar arasında sevgi, sülh və dostluğun artırılmasına, xalqların biri-birini daha yaxından tanımasına xidmət edir. Bu ilki olimpiadaya Yunis Əmrənin məşhur “Gəlin tanış olaq” şüarı seçilmişdi. Bu isə millətimizi daha yaxından tanış etmək məqsədi daşıyırdı.
A. Gömleksizin dediyinə görə iyunun 18-də Ankaranın “Altın Park” məşhur istirahət mərkəzində nəhəng sərgi nümayiş etdirilib. Burada olimpiadada iştirak edən ölkələrin milli stendləri təşkil olunub. Sərginin ən böyük stendi Azərbaycana məxsus olub. Sərgini 370 000 nəfər ziyarət edib. Milli geyimlərimizin, milli mətbəximizin nümayiş olunduğu sərgidə  həm də adət-ənənələrimiz və tariximiz barədə ziyarətçilərə məlumat verilib. Sərgidə məktəblilərimiz Azərbaycan mahnılarını ifa ediblər. İyunun 19-da isə “Altın Park”da Azərbaycana həsr olunmuş xüsusi proqram təşkil olunub. Şagirdlər qonaqlara 2 saatlıq proqramla Azərbaycan musiqisini təqdim ediblər. Tədbirdə Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırov da iştirak edib. Bu ilki olimpiada əvvəlki illərdən daha geniş coğrafiyada keçirilib. Bu il Türkiyənin 33 vilayətində eyni zamanda biri-birindən rəngarəng tədbirlər keçirilib. İyunun 25-də  Ankaranın nəhəng idman-konsert kompleksində keçirilən tədbirdə 10 minə yaxın tamaşaçı qatılıb. Tədbirdə Türkiyənin Dövlət və hökumət rəhbərləri, parlament üzvləri, iş adamları, tanınmış alimlər, yazıçılar və mətbuat nümayəndələri iştirak ediblər. Olimpiadanın təntənəli bağlanış mərasimində Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Təyyub Ərdoğan da iştirak edərək, geniş və maraqlı çıxış edib. Tədbirdə Azərbaycandan da böyük bir qrup siyasətçi, alim və mətbuat nümayəndələri iştirak edib. Baş İdarə rəisi onu da mətbuat nümayəndələrinin diqqətinə çatdırdı ki, 2007-ci ildə keçirilmiş olimpiadada “Atatürk Türk  Ödülü”nə Ümummilli Liderimiz Heydər Əliyev layiq görülmüşdü.
         Son 8-ci olimpiadada respublikamız cəmi 18 medal olmaqla-5 qızıl, 9 gümüş və 4 bürünc medal.
         Bu ilki nəticələrimiz daha sevindiricidir. Cəmi 21 medal olmaqla -7 qızıl, 10 gümüş və 4 bürünc medal.
        Ümumilikdə isə Türk Dili Olimpiadaları tarixində Azərbaycan cəmi 78 medal qazanmışdır. Bunlardan 22 qızıl, 39 gümüş və 17 bürünc.
Sonra mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren çıxış edərək  IX Türk Dili Olimpiadası haqqında geniş məlumat verib və tədbirin əhəmiyyətindən geniş söhbət açıb.Dr. Enver Özeren bildirib ki, bu möhtəşəm tədbirdə iştirak edən şagirdlər Azərbaycanı ləyaqətlə təmsil ediblər. Azərbaycanı olimpiadada iştirak edən 130 ölkə arasında tanıdılması üçün mədəniyyətimizdən, tariximizdən, milli adət-ənənələrimizdən bəhs edən kitabçalar yüzlərlə CD disklər və s. yayılıb. E. Özeren Azərbaycanı bu möhtəşəm tədbirdə ləyaqətlə təmsil edən şagirdlərə, onların valideynlərinə müəllimlərinə təşəkkür edib.
 


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF