Gənc mühəndislərin yay məktəbi layihəsi başa çatmışdır
Bakı, 9 iyul (AzərTAc). İyulun 9-da Xəzər Mühəndisləri İctimai Birliyinin (XMİB) və Qafqaz Universitetinin “bp-Azərbaycan” şirkətinin sponsorluğu ilə birgə reallaşdırdıqları universitet tələbələri üçün gənc mühəndislərin III yay məktəbi layihəsinin bağlanış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə “bp-Azərbaycan” şirkətinin baş mühəndisi, XMİB-in sədri Rüfət Əzizov İctimai Birliyin xaricdə təhsil almış, müasir texnologiyalara yiyələnmiş gənc azərbaycanlı mühəndislər tərəfindən yaradıldığını diqqətə çatdırmışdır. O demişdir ki, təşkilatın əsas məqsədi Azərbaycanda və regionda mühəndisliyin, texnologiyaların və elmin inkişafına töhfə verməkdir. R.Əzizov demişdir ki, XMİB-in təşkil etdiyi 7 günlük proqram ərzində geoloji araşdırma metodları, neft ixracı və emal texnologiyaları, elektrik və cihazqayırma mühəndisliyinin real sənaye tətbiqi ilə bağlı təqdimatlar keçirilmişdir.
Tədbirdə “bp-Azərbaycan” şirkətinin vitse-prezidenti Seymur Xəlilov yay məktəbində iştirak üçün Azərbaycanda və xaricdə təhsil alan 200-dək tələbənin müraciət etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, imtahanlar əsasında 24 tələbə 7 günlük yay məktəbində iştirak etmək hüququ qazanmışdır. O demişdir ki, təlimlərdə iştirak etmək hüququ qazanmış tələbələr Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Koreya Respublikasının Kyung Hee Universitetindən olmuşlar. S.Xəlilov bu layihənin çox uğurlu və perspektivli olduğunu bildirmişdir.
Sonda layihə çərçivəsində hazırlanmış videoçarx nümayiş olunmuşdur.
http://www.azertag.gov.az/index_az.jsp?id=1183&date=2011-07-09