İstanbul Universitetinin professor-müəllim heyəti Azərbaycanda səfərdədir
Bakı, 8 iyul (AzərTAc). İyulun 8-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin İstanbul Universitetinin jurnalistika fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilmişdir.
Şuradan AzərTAc-a bildirmişlər ki, MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat vermişdir. MŞ-nin başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu deyən Ə.Amaşov təşkilatın jurnalist kadrların hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulamışdır.
İstanbul Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aydemir Okay çalışdığı təhsil müəssisəsində jurnalistikanın tədrisinin xüsusiyyətlərindən söhbət açmışdır. O bildirmişdir ki, Türkiyədə mediaya maraq güclü olduğundan gənclərin də fakültəyə axını yüksəkdir. Türkiyə mediasının xarakterik cəhətlərindən də söz açan A.Akay bəzi problem və çatışmazlıqlardan, onların aradan qaldırılması istiqamətində aparılan işlərdən danışmışdır.
Türkiyəli qonaqların ölkəmizə səfəri Qafqaz Universitetinin dəvəti ilə reallaşmışdır. Səfərin məqsədi universitetdə yeni yaradılan jurnalistika bölməsinin fəaliyyətinə kömək göstərməkdir.
http://www.azertag.gov.az/index_az.jsp?id=1117&date=2011-07-08