“Qafqaz”da jurnalistika problemləri müzakirə edildi
Qafqaz Universitetində “Jurnalistika təhsilinin aktual problemləri və həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib. | |
Qafqaz Universitetində “Jurnalistika təhsilinin aktual problemləri və həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Qafqaz Universiteti və İstanbul Universitetinin Kommunikasiya fakültəsi ilə birgə təşkil edilib. Universitetin rektoru, professor Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında ilk dəfə olaraq jurnalistika fakültəsi açılıb və bu ildən fakültədə 20 nəfər tələbə təhsil alacaq. Azərbaycandakı jurnalistikanın mövcud durumundan bəhs edən A. Saniç bildirib ki, hazırda universitetin bu sahədəki problemlərinin aradan qaldırılmasına hansı töhfə verəcəyi müzakirə edilir. BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev isə qeyd edib ki, Azərbaycanın müstəqilliyindən 20 il ötsə də, jurnalistika tədrisində hələ də keçmiş sovet standartlarından uzaqlaşmaq olmur. Dərslik baxımından ciddi problemlərin olduğunu vurğulayan H. Vəliyev deyib ki, bu sahədə yeni proqramlar və onun əsasında da yeni dərsliklər yazılmalıdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli isə son zamanlar Azərbaycanda yeni medianın formalaşma prosesinin getdiyini qeyd edib. Ali təhsil ocaqlarında jurnalistikanın tədrisindən bəhs edən Q. Məhərrəmli bu sahədəki problemlər, onun həlli və vəziyyətdən çıxış yolu barədə məlumat verib. İstanbul Universitetinin Kommunikasiya fakültəsinin dekanı, professor Aydemir Okay və fakültənin müəllimləri Mete Çamdereli, Vedat Demir, Arzu Kihtir, Gülin Terek Önal və Murat İri Türkiyə jurnalistikasının vəziyyətindən və kadr hazırlığından danışıblar. Qeyd edək ki, dünən türkiyəli qonaqlar Mətbuat Şurasında da olublar. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39155 |