Tələbələrimizin İstanbul Yay Təcrübə Proqramı

Tələbələrimizin İstanbul yay praktikası
Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakultəsi “2014 Türkiyə Yay Təcrübəsi” proqramını uğurla başa vurub. Maliyyə, Biznesin İdarəedilməsi, Dünya İqtisadiyyatı və Dövlət və Bələdiyyə İdarəetməsi bölümlərindən seçilmiş 25 tələbə İstanbulda üç böyük şirkətdə - BankAsya, Zaman Media Qrupu və Colins Tekstil təcrübədə olublar. Tələbələr şirkətlərin müxtəlif departamentlərində tam ştat işçi statusunda bir ay fəaliyyət işləmiş və şirkətlər tərəfindən nahar, nəqliyyat və digər şirkətdaxili xidmətlərlə təmin olunmuşlar.Təcrübə ərzində Dünya iqtisadiyyatı ixtisasının tələbələri BankAsya-nın Xarici əməliyyatlar və Risklərin idarəolunması, Maliyyə ixtisasının tələbələri bankın Muhasibatlıq, Maliyyə analizi, Nəğd və kredit əməliyyatları departamentlərində fəaliyyət göstərmişlər. Biznesin idarəolunması ixtisasının tələbələri isə Colins şirkətinin Marketinq departamentində təcrübə keçmişdir. Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələr Zaman Media Qrupun İctimaiyyətlə əlaqələr və İnsan resurslarının idarəolunması departamentlərində təcrübə imkanı qazanmışlar. Təcrübədə iştirak edən bütün tələbələrə şirkətlər tərəfindən sertifikatlar təqdim olunmuşdur.İş sonrası və həftəsonlarında tələbələr asudə vaxtlarını maraqlı İstanbul gəzintisi ilə keçirmişlər. Baş çəkilən yerlər arasında Ayasofya, Sultan Ahmet, Dolmabahçe, Arxeologiya Muzeyi, Topkapı və s. yerlər olmuşdur. Təcrübədə iştirak edən tələbələrdən Günay Aliyevanın təcrübə təəssüratları belədir: “Türkiyədə praktika hər cəhətdən bizim üçün faydalı oldu. İstər iş yerində qazandığımız biliklər, istərsədə dünyanın ən gözəl şəhərlərindən olan İstanbulun gəzintisi həyatımızda unuda bilməyəcəyimiz anlar olacaq. BankAsya-nın təcrübəli, bir o qədər də səmimi gülərüz işçi heyəti bizlərə bildiklərini öyrətmək üçün əllərindən gələni əsirgəmirdilər. Boş vaxtlarımızda isə İstanbulun ən gözəl yerlərini gəzməyə çıxmaq praktikamıza daha da gözəllik qatdıİş saatlarından sonra tələbələr daima sosial fəaliyyətlərdə iştirak edərək vaxtlarını əyləncəli keçirir, kinoteatra gedir, futbol oynayır və İstanbulun unudulmaz mənzərəsini seyr edirdilər. Qrup rəhbəri olan müəllimlər davamlı olaraq tələbələrin təcrübə yerlərinə baş çəkir və şirkətlərdə aidiyyatı departament rəhbərlərindən tələbələrin inkişafı haqqında məlumat almışlar.Qafqaz Universiteti Türkiyədə təcrübə proqramını 2005-ci ildə başlatmışdır və hal-hazırda proqram uğurla davam etdirilir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF