"Qafqaz Universiteti Gələcəkdə də Azərbaycan Xalqına Xidmət Göstərəcək"


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qafqaz Universitetinin gələcək fəaliyyətinə aydınlıq gətirib.“APA-Economics”in məlumatına görə, ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti Xalik Məmmədov bu təhsil ocağının gələcəkdə də fəaliyyət göstərəcəyinin bildirib. Onun sözlərinə görə, Qafqaz Universitetinin bağlanması məsələsi gündəmdə deyil: “Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində müəyyən reytinq qazanmış təhsil ocağıdır. Bunu tələbə qəbulu nəticəsində göstərilən nəticələr də əyani sübut edir. Biz ancaq çalışmalıyıq ki, bu universitet daha yaxşı fəaliyyət göstərsin. Qafqaz Universitetində milliləşmə siyasətini və milli kadrların hazırlığını önə çəkməyə çalışmalıyıq”.
http://az.apa.az/news/354317

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF