İPƏK YOLU Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Sərraf Nəzərov Qafqaz Universitetində
İş Dünyasi ilə Əlaqələr Prorektorluğunun nümayəndələri ilə 100-ə yaxın yerli iş adamlarının üzv olduğu İPƏK YOLU Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Sərraf Nəzərov arasında görüş keçirilib. Görüş zamanı qarşılıqlı əlaqələrin artırılması, tələbələrin iş dünyasına inteqrasiyası, birliyə aid olan şirkətlərdə tələbələrin təcrübə keçməsi, tələbələrin şirkət ziyarəti yönündə bir sıra mövzular müzakirə olunub. Şirkət rəhbərlərinin Univresitetimizdə tələbələrə yönəlik Master Klassaların verilməsi və eyni zamanda şirkətlərlə tələbələrimizin yaxından tanış olması üçün, mövcud imkanların olduğu vurğulandı. Birliyin baş katibi Sərraf Nəzərov Qafqaz Universitetinə hər zaman etimadlarının böyük olduğunu qeyd etdi. Univeristet rəhbərliyinə və əməkdaşlarımıza dərin minnətdarlığını bildirdi
http://www.qu.edu.az/az/news/%C4%B0P%C6%8FK-YOLU-5693.html